Accessibility links

Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisya hava zərbələrini bərpa edib [Fotoqalereya]


Bu gün Yəmənin cənub liman şəhəri Ədəndə döyüşlərin davam etdiyi bir vaxt huti üsyançıları üçüncü böyük şəhər Taizdə hərbi briqadanın baş qərargahını ələ keçirib.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisya qüvvələri hutilərə qarşı bir aydır davam edən hava hücumlarına son qoyulduğunu bəyan etməsindən sonra hava zərbələrini bərpa edib.

Səudiyyə Ərəbistanından telelviziya ilə çıxışı zamanı Yəmən prezidenti Əbd-Rəbbu Mənsur Hadi deyib ki, ölkədəki böhran yaxın zamanda başa çatacaq və onun hökuməti Yəmən xalqının ümidlərini bərpa edəcək.

Səudiyyə Ərəbistanı isə bundan sonra diqqətini BMT-nin Yəməndə dəstəklədiyi sülh danışıqlarına yönəldəcəyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG