Accessibility links

Yardım agetnlikləri Yəməndə yeni fövqəladə humanitar vəziyyətin yaranacağından narahatdır


BMT-nin qaçqınlar üzrə agentliyi (UNHCR) yardım agentliklərinin Yəməndə yeni humanitar fövqəladə vəziyyətə hazırlaşdığını bildirir. Orada insanlar cəbhə bölgələrində intensiv döyüşlərdən ölkənin qərb sahilinə qaçır.

Qurum son günlər ərzində Hudaydah və Taizz vilayətlərindən 1400 nəfərin qaçdığına dair məlumat əldə etdiyini bildirir. Bu, Yəmənin paytaxt Səna və qonşu ərazilərdə baş verən döyüşlərdən sonraya təsadüf edir.

UNHCR digər yardım agentlikləri ilə birlikdə qaçanlara yardəm etmək üçün əməliyyatlar hazırlayır. Agetnliyin sözcüsü Babar Baloş deyir ki, Hudaydahdakı 2 min ailəyə fövqəladə yardım ləvazimatları göndərilib, digər ailələr üçün əlavə ləvazimatlar isə artıq yoldadır.

Lakin onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Yəmənə qarşı tətbiq etdiyi blokada yardım işlərinə əngəl törədir.

“Yəmənin blokadası yanacaq, su və yemək, dərman kimi digər vacib məhsulların çatışmazlığıa və qiymətlərinin artmasına səbəb olub. Bu isə qərbdə bir çox didərgin düşən və yerli yəmənlilər və digər qaçqlnlara çox təsir göstərib. Yəmənə çatdırılan kommersiya və humanitar məhsullara qarşı hələ də məhdudiyyətlər mpvcuddur,” deyə o bildirib.

Baloş deyir ki, UNHCR xüsusilə də Əl-Kavkahdakı1460 eritreyalı qaçqın habelə yemənlilərə görə narahatdır. Əl-Hudaydah şəhərindən 117 kilometr cənubda yerləşən bu ərazi hərbi zona elan edilib. O deyir ki, orada baş verən zorakılıqlar səbəbilə ərazizə yemək və başqa məhsullar aparmaq çox çətindir.

Baloş həmçinin Somali qaçqınlara Yəməndən qaçın Somaliyə qayıtmağa yardəm etmək planlarının təxirə salındığını söyləyir. O deyir ki, Aden Limanındakı üç qayıq Somalinin Berbera şəhərinə yola düşə bilməyib, çünki onlar rəsmilərdən lazım olan icazəni ala bilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG