Accessibility links

Səudiyyə Ərəbistanı: `Üsyançıların atəşkəsə riayət etmələri üçün tələb olunan gücdən istifadə etmək lazımdır`


Səudiyyə Ərəbistanının Yəməndə başçılıq etdiyi koalisiya qüvvələri liman şəhəri Hubeydanın nəzarəti əlində olan Husi üsyançılarının atəşkəsə riayət etmələri üçün tələb olunan gücdən istifadə etmək lazım olduğunu deyib.

Koalisiya qüvvələrinin əsas üzvü olan və Yəmən hökumətini dəstəkləyən Birləşmiş Ərəb Əmirlikləri beynəlxalq ictimaiyyətə müraciət edərək, Hubeydada zorakılıqların dayandırılması və üsyançıların şəhəri tərk etmələri üçün İranın arxa olduğu husilərə təzyiq göstərməsini istəyib.

Yəmən rəsmiləri və üsyançılar dekabr ayında Hubeydada atəşkəs razılığı əldə etmişdi. Hər iki tərəfin şəhərdən öz qüvvələrini çıxaracağına söz verməsinə baxmayaraq, razılığıa səy göstərən yoxdur.

Üsyançıların nəzarətində olan Hubeyda Yəmənin əzab çəkən mülki vətəndaşları üçün ərzaq və digər humanitar yardım çatdırılan əsas liman şəhəridır.

2014-cü ildə Husi üsyançıları paytaxt Sənanı ələ keçirdikdən sonra hökumət müvəqqəti Səudiyyə Ərəbistanına mühacirət etmişdi.

BMT-nin bildirdiyinə görə, Səudiyyənin başçılıq etdiyi koalisiya Yəməndə hərbi əməliyyatlara başlayandan bəri ölkədə 10,000-dən çox insan həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG