Accessibility links

Yəməndə İŞİD-in hücumu nəticəsində 45 nəfər ölüb


İŞİD terrorçuları Yəmənin Ədən şəhərindəki hərbi xidmətə çağırış mərkəzinin önündə azı 45 nəfərin ölümünə və bir çox insanın yaralanmasına səbəb olan intiharçı hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Qurbanların çoxu hərbi çağırışçıları olub.

İnternet veb səhifəsində yayılan bəyanatında İŞİD partlayıcı kəmər geyinmiş yaraqlılarından birinin orduya qoşulmaq məqsədi ilə mərkəzin önünə toplaşan insanları hədəf aldığını bəyan edib.

Bu hücumdan dərhal sonra yaxınlıqda yerləşən Bədr hərbi bazası qarşısında daha bir partlayış törədilib.

Bu hücumlar ordunun Yəmənin müvəqqəti paytaxtı və Səudiyyə Ərəbistanının dəstəklədiyi administrasiyanın qərargahlandığı liman şəhərində Huti qrupuna qarşı mübarizə məqsədi ilə hərbi xidmətə səfərbərlik zamanı baş verib.

Yəmən qüvvələri ötən il Ədən şəhərinə nəzarəti geri alıb. Amma hökuməti dəstəkləyən qrupların İŞİD və onların rəqibi Əl-Qaidənin filialları ilə mübarizə apardıqları bir vaxt regionda tez-tez ölümçül hücumlar həyata keçirilir.

Ötən həftə İŞİD Mukalla liman şəhərində polis sıralarına qoşulmaq istəyən 31 nəfərin ölümü ilə nəticələnən intiharçı hücumlara görə məsuliyyəti də öz üzərinə götürüb.

Yəməndə 2015-ci ilin martından bəri azı 6200 insan öldürülüb. Təxminən üç milyon insan isə Yəməndə vətəndaş müharibəsi səbəbilə yaranan xaos nəticəsində evlərindən didərgin düşüb.

XS
SM
MD
LG