Accessibility links

Yəməndə hərbi bazaya hücum olub


Yəmən rəsmilərinin verdiyi məlumata görə, Ədən yaxınlığındakı hərbi bazanın girişi qarşısında intiharçı hücumu nəticəsində ən azı 50 Yəmən əsgəri həlak olub.

Rəsmilər deyir ki, partlayış əmək haqqısını almaq üçün Solban bazasının girişində növbəyə dayanan yüzlərlə əsgərin içərisində baş verib.

Hücumun məsuliyyətinin İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Partlayış nəticəsində 70 əsgərin isə yaralandığı bildirilir.

Hücumun məsuliyyətinin İŞİD terror qruplaşması öz üzərinə götürüb.

İŞİD cihadçıları Yəmənin mühacirətdə olan hökumətinin nəzarətindəki Ədən şəhərində hərbçilərə qarşı dəfələrlə hücumlar həyata keçirib.

Yəmənin mühacirətdə olan prezidentini himayəsinə götürən Səudiyyə Ərəbistanı 2015-ci ildə Yəməndəki vətəndaş müharibəsinə müdaxilə edib. Ərəbistan İranın müttəfiqi olan Huti döyüşçülərinə qarşı mübarizə aparır. Xatırladaq ki, Huti döyüşçüləri ötən il paytaxt Səna şəhərinə nəzarəti ələ keçirmişdi.

Ötən ilin yayında Huti döyüşçüləri Ədən şəhərindən çıxarılsa da, İŞİD qruplaşmasının şəhərdə həyata keçirdiyi davamlı hücumlar hökumətin şəhərə nəzarətini xeyli çətinləşdirib.

İki il öncə münaqişə başlayandan bəri ölkədə döyüşlər nəticəsində ən azı 10 min insanın həlak olduğu bildirilir.

XS
SM
MD
LG