Accessibility links

ABŞ-ın Yəməndəki səfirliyinin qeyri-əsas heyətinin evakuasiyasına göstəriş verilib


ABŞ Dövlət Departamenti terror təhlükəsinə görə Amerikanın Yəməndəki səfirliyinin qeyri-əsas heyətinin evakuasiya edilməsinə göstəriş verib.

Əl-Qaidə şəbəkəsindən sızan məlumat onlarla ABŞ səfirliyinin bağlanması ilə nəticələnib.

Məlumatda terror hücumları və mülki iğtişaşlar potensialının yüksək olduğu Yəməndən Amerika vətəndaşlarının da dərhal çıxmaları xahiş edilir.

Britaniya da təhlükəsizliklə bağlı narahatlıq səbəbi ilə Yəmədəki səfirliyinin bütün işçilərini müvəqqəti olaraq ölkədən çıxarıb.

Bu arada, Yəmənin təhlükəsizlik rəsmiləri Marib vilayətində ABŞ dron hücumunun dörd əl-Qaidə üzvünü öldürdüyü xəbərini yayıb.

Bundan əvvəl ABŞ mətbuatı səfirliklərin Əl-Qaidə lideri Ayman əl-Zəvari ilə təşkilatın Yəmən filialının rəhbəri arasında danışıqlardan alınan məlumat səbəbindən bağlandığını demişdir.

Məlumatda Əl-Zəvarinin Əl-Qaidənin Ərəbistan yarımadasındakı lideri Nasir əl-Vuhayşiyə ötən bazar günü hücum həyata keçirmək əmri verdiyi deyilir. Əl-Vuhayşi Əl-Zavari tərəfindən Əl-Qaidənin ikinci yüksək rütbəli lideri elan edilib.

Təhlilçilər əsas qrupun zəifləməsinə görə Əl-Zəvarinin regional filiallarla işlədiyini deyir.
XS
SM
MD
LG