Accessibility links

Yəməndə vəba yenidən yayıla bilər


Ümumdünya Səhiyyə Təşkilatınını bildirdiyinə görə, Yəməndə 2 mindən çox insanın ölümünə yol açan vəba xəstəliyi yağmurlu mövsümdə yenidən yayılmağa başlaya bilər.

Təşkilat 1 milyon yoluxma halı qeydə alındıqdan sonra son 20 həftə ərzində epidemiyanın səviyyəsinin azaldığı müşahidə edildiyini bildirib.

​Qurum yağmur mövsümündə vəbanın daha sürətlə yayıldığı barədə xəbərdarlıqla çıxış edib. Belə ki, aprel və avqust aylarında xəstəliyin yayılma ehtimalı güclü olacaq.

İranın dəstəklədiyi Husilərlə beynəlxalq ictimaiyyətin rəsmən tanıdığı və Səudiyyə Ərəbistanına arxalanan prezident Əbd-Rabbu Mənsur Hadi hökuməti arasında müharibə Yəməndə 10 min insanın ölümünə, 2 milyon adamın didərgin düşməsinə səbəb olub.

Səhiyyə sistemi də daxil edilməklə, ölkənin infrastrukturuna ciddi zərər dəyib.

Xarici yardımlardan asılı olan Yəmən aclıq astanasındadır.

XS
SM
MD
LG