Accessibility links

ABŞ Yəməndə ekstremistlərə qarşı hava kampaniyalarını intensivləşdirib


ABŞ qüvvələri Yəməndə Əl-Qaidə və İslam Dövləti qrupuna qarşı hava kampaniyalarını intensivləşdirərək, dekabr və yanvar aylarında 18 hava hücumu həyata keçirib.

Hücumlar əsasən Əl-Qaidəni hədəf alıb. 5 hücum İŞİD-ə qarşı olub.

Dekabr hücumlarının birində Əl-Qaidənin silah təminatçısının müavini Həbib Əl-Sanaani öldürülüb.

O, silahlar, partlayıcılar və maliyyə yardımlarını Yəmənə keçirməyin məsuliyyətini daşıyırdı. Bu, ABŞ-ın Mərkəzi Komandanlığının bəyanatında bildirilib.

“Hər bir hücum zorakı ekstremist qruplaşmalarının məğlubiyyəti, ABŞ və onun müttəfiqlərinin müdafiəsi mahiyyəti daşıyıb”- deyə, Mərkəzi Komandanlığın sözçüsü Earl Braun bildirib.

2017-ci ildə ABŞ Yəməndə 130 dəfə havadan zərbələr endirib. Bu, Obama administrasiyası dövründə həyata keçirilən hücumlardan 6 dəfə çoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG