Yəmənin husi üsyançıları sentyabrın 29-da məlumat yayıb ki, iki ölkə sərhədi boyunca genişmiqyaslı hücumla 2000 nəfərə yaxın Səudiyyə əsgərini texnika ilə birgə əsir götürüb.
Hücümun bir gün əvvəl Səudiyyənin cənundakı Nacran bölgəsində baş verdiyi bildirilir.
Üsyançılar Səudiyyə nişanlı döyüş sursatları, vurulmuş və ələ keçirdikləri iddia olunan çoxsaylı zirehli maşınları nümayiş etdirən video paylaşıb.
Husi sözçüsü Yəhya Sari 200-dən çox Səudiyyə əsgərinin öldürüldüyünü söyləyib.
Səudiyyə hökuməti hadisə ilə bağlı açıqlama verməyib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 2015-ci ildən bəri Yəməndə husilərlə mübarizə aparır. Döyüşlərdə on minlərlə insan həyatını itirib, milyonlarla adam didərgin düşüb.