Accessibility links

Yəmən hökuməti və separatçılar hakimiyyətin bölüşdürülməsinə dair saziş imzalayıb


Yəmən hökuməti və cənub separatçılarının nümayəndələri Ər-Riyadda Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə saziş imzalayır, 5 noyabr, 2019-cu il.
Yəmən hökuməti və cənub separatçılarının nümayəndələri Ər-Riyadda Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə saziş imzalayır, 5 noyabr, 2019-cu il.

Yəmən hökumətinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Cənubi Keçid Şurasının (STC) nümayəndələri ilə çərşənbə axşamı "Riyad Sazişi"ni imzalaması ilə son aylar Yəmənin cənubunda silahlı qarşıdurmalara rəsmən son verilib.

İmzalama mərasimində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Yəmən prezidenti Əbdrrəbu Mənsur Hadi iştirak ediblər.

Ər-Riyad sazişinə əsasən, Yəmən hökuməti yeddi gün ərzində müvəqqəti paytaxt Ədənə qayıdacaq. Yəməndəki bütün hərbi qurumlar Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin vahid səlahiyyətindədir.

Yəmən personalın cənub və şimal vilayətləri arasında bərabər bölündüyü səmərəli bir hökumət təşkil edəcək.

Hadi sosial mediada bildirib ki, müqavilənin imzalanması ölkənin birləşdirilmiş yeni Yəmənə doğru irəliləməsinə işarədir. Birləşmiş Millətlər Təşkilatının Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qiffit razılaşmanın sülh səylərində əhəmiyyətli bir addım olduğunu söyləyib.

Yəmənin Husi üsyançılarının 2014-cü ildə paytaxt Səna şəhərini ələ keçirməsi nəticəsində Hadi Səudiyyə Ərəbistanında sığınmağa məcbur edilmişdi. 2015-ci ildə Səudiyyə Ərəbistanının başçılıq etdiyi çoxmillətli koalisiyanın dəstəyi ilə Hadiyə dəstəkləyən hökumət qüvvələri və qəbilə döyüşçüləri Ədən vilayətini geri alıb.

2017-ci ildə Hadi tərəfindən devrilmiş Ədən əyalətinin keçmiş qubernatoru Aydaros Əl-Zubaidi Yəmənin cənubundakı 26 qəbilə, hərbi və siyasi lideri birləşdirərək, ölkənin cənub bölgəsi üçün müstəqilliyinə nail olmaq məqsədilə Cənubi Keçid Şurasını yaradıb. O vaxtdan bəri Yəmən hökuməti və Cənubi Keçid Şurası qüvvələri arasında dəfələrlə şiddətli döyüşlər baş verib.

XS
SM
MD
LG