Accessibility links

Yəmənin bəzi limanları humanitar yardım məqsədilə yenidən açılacaq


Qadınlar mətbəx qaz balonlarını doldurmaq üçün növbədə gözləyir. 7 noyabr, 2017
Qadınlar mətbəx qaz balonlarını doldurmaq üçün növbədə gözləyir. 7 noyabr, 2017

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənə humanitar yardım etmək üçün bəzi hava və dəniz limanlarını yenidən açacağını bəyan edib.

Bəyanat Yəməndən Ər-Riyad istiqamətinə raket atılmasına cavab olaraq bütün limanların müvəqqəti bağlandığını açıqladıqdan bir həftə sonraya təsadüf edib. Limanların bağlanmasına səbəb yoxlama prosedurlarındakı məsuliyyətsizlik səbəbindən İran hərbi texnikasının Huti üsyançılarına çatması olub.

"Tibbi ləvazimatların daxil olması üçün sərhədlərin açıq olması lazımdır. Həmçinin blokadaya görə xaricdə müalicə edilməli olan xəstələri də göndərə bilmirik. Bir neçə gün öncə aeroportda yaşanan tıxac səbəbi ilə 2 xəstəmizi itirdik. Uşaqlara kömək edə bilməyimiz üçün bu blokadanın təcili olaraq açılmasına ehtiyac var” – deyə, Sabain xəstəxanasının şöbə müdiri Neqla Al Senboli bildirib.

Koalisiyanın verdiyi bəyanatda bildirilir ki, açılacaq ilk limanlar Yəmən hökümətinin nəzarətində olan Ədən, Mikalla və Moça limanları olacaq.

Bundan əlavə, Beynəlxalq Millətlər Təşkilatı İranın silah qaçaqmalçılığının qarşısını almaq üçün Huti üsyançılarının nəzarəti altında olan limanlara müfəttişlər göndərəcək.

İran rəsmiləri 2014-cü ilin sonunda Yəmənin paytaxtı Sananı ələ keçirən Huti üsyançıları ilə əlaqələri olduğunu təkzib ediblər. Xarici işlər naziri Məhəmməd Cavad Zərifin sözlərinə görə, Səudiyyə Ərəbistanının Yəmən hökümətini qorumaq məqsədilə 2015-ci ilin mart ayından bəri hava hücumlarına başlamasının münaqişədəki rolu danılmazdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG