Accessibility links

21-ci əsr ofis məkanı [Video]


21-ci əsr ofis məkanı
please wait

No media source currently available

0:00 0:02:21 0:00

21-ci əsr ofis məkanı

Kler Brentison Londonda yaşayan üç uşaq anasıdır. O "Spacehop" bukletini gördükdən sonra mətbəxini çalışmaq üçün yer axtaranlara icarəyə vermək qərarına gəlir.

“Tanımadığın insanları öz evinə buraxmaq yaxşı götür-qoy etməli olduğun bir qərardır. Təbii ki, bu işi asanlaşdıran bir platforma varsa, bu qərarı daha rahat verə bilirsən.”

Bloqqer Vitni Fanqava çalışmaq üçün sakit bir məkan axtarırdı. O daha öncə kafedən çalışsa da, bu bahalı olmağa başladı.

“Kafedən çalışmaqla bağlı problem odur ki, orada nə qədər çox otursan, o qədər də çox pul xərcləyirsən. Amma, burada sən yeməyini və qəhvəni özünlə gətirə bilərsən.”

“Kafedən çalışmaqla bağlı problem odur ki, orada nə qədər çox otursan, o qədər də çox pul xərcləyirsən. Amma, burada sən yeməyini və qəhvəni özünlə gətirə bilərsən.”

Brentison hər qonağa görə gündəlik 27 dollar qazana bilir. Amma, sözlərinə görə bu göründüyü qədər də asan qazanc deyil.

“Mən nəzərə almalıyam ki, mətbəximdə insanlar çalışır. Həmişə etdiyim kimi, hər an ora girib-çıxmaq imkanım olmur.”

Lavinia Osborn Klerin müştərilərindən biridir. Onun dediyinə görə, burada onun işi daha məhsuldar olur.

“Adətən öz evindən çalışanda ləng olursan. Fərqli abu-hava iş üçün daha yaxşıdır.”

Bu layihə həkimlikdən biznesə keçən Metyu Biti və Lük İstvuda məxsusdur.

“Bizim platforma ilə evlərini qonaqlara açan və yaxşı gəlir əldə edən ev sahibləri var. Onlar demək olar ki, hər gün qonaq qəbul edir və ay ərzində 1,800 dollara qədər pul qazana bilirlər.”

İqtisadçı Con Hovsvors deyir ki, paylaşım xidmətləri insanlara öz resurslarından səmərəli istifadə etmək imkanı verir:

“Sən öz mülkünü satmadan və oradan çıxmadan pul qazana bilirsən.”

Həm ev sahibləri, həm də qonaqların tələblərinə uyğun gəldiyi üçün, bu xidmət böyüməyə davam edəcəyi gözlənilir.

XS
SM
MD
LG