Accessibility links

Yeni alqoritm şiddətə məruz qalan uşaqları aşkar etməyə kömək edir


Yeni alqoritm şiddətə məruz qalan uşaqlara yardım edən proqramdır
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Yeni alqoritm vasitəsi sosial işçilərin zorakılıqlara məruz qalan yüksək riskli uşaqların vəziyyətini daha yaxşı müəyyən etmələrinə yardım edir. Hər hansı bir uşağa qarşı qəddar münasibətin aradan necə qaldırılması
qaynar xətt zənglərinə cavab verən işçilər üçün həyat və ölüm məsələsidir.

Hər il qaynar telefon xəttindən təxminən 16000 zəng alan Pensilvaniya ştatının Allegiyni Mahalının Uşaqlar, Gənclər və Ailələr Bürosu böyük cavabdehlik qarşısındadır. Əvvəllər bu işçilər araşdırmaları yalnız təlimlərə və instinktlərinə güvənərək aparırdı. İndi isə buna alqoritm yardım edir. Brus Noel "Heç vaxt geri, olduğumuz yerə qayıda, instinklərimiz və klinik qərarlarımıza arxayın ola bilmərik."

Alqoritmlər onsuz da insanların gördüyü onlayn reklamları müəyyənləşdirmək, kredit qabiliyyətini qiymətləndirmək və bəzi işlərə müraciət edənləri araşdırmaq üçün istifadə olunur. Kompüter proqramları məlumatları insanlardan daha tez tərtib və təhlil edə bilir. Bəzilərinin "alqoritmik qərəzli" potensialı görmələrinə baxmayaraq, bu, insan qərəzinə meylli deyil.

2016-cı ildə sosial işçilərə bir növ “ikinci fikir” təqdim etmək üçün proqnozlaşdırıcı analitik alqoritmindən istifadə edən ilk bölgə Allegeyni Mahalı olub.

Mərkəzə zəng daxil olduqda, həm uşağın adı, həm valideynlərdən birinin adı, həm də zorakılıqda ittiham olunan şəxsin adı məlumat bazasına daxil edilir. Rima Veytianatan ““Allegeyni Family Screening Tool“ inteqrasiya edilmiş məlumat bazasına daxildir və bu, ailə haqqında bilinən bütün strukturlaşdırılmış məlumatları toplayır və sadə bir hesabla ümumiləşdirir. Yenə də ittihamlarla bağlı yekun qərarı zənglərin yoxlanışı üzrə mütəxəssislər verməli olur. "

Risk şkalası aşağı 1-dən yuxarı 20-yə qədər risk arasındadır. Noel deyir ki, bəzən alət onları təəccübləndirir. “Bəzən bu, bizim nə düşündüyümüzü və ya klinik qərarımızın nə olduğunu təsdiqləyir. Bəzən isə 'nəyi görə bilmirik nədir?' deyirik” - deyə, Brus Noel bildirir.

Komanda deyir ki, alətdə mümükün qərəzlər olduğunu bilir. Bunu sosial xidmətlərdə çalışan rəngli və yoxsul insanlar tərəfindən qeyri-proporsional şəkildə məlumatı sistemə daxil etmələri ilə izah edir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG