ABŞ tədqiqatçıları tərəfindən edilən bir araşdırmanın nəticələri mərkəzi Çində başlayan yeni koronavirusun çox guman ki, dünyanın onu aşkar etməsindən əvvəl yayıldığını göstərib.
Harvard Tibb Mərkəzi, Boston Milli Səhiyyə Universiteti və Boston Uşaq Xəstəxanasının alimlərinə əsasən, peyk görüntüləri keçən ilin avqust ayından başlayaraq dekabr ayında Pekinin Ümumdünya Səhiyyə Təşkilatına ilk dəfə COVID-19 adlı yeni xəstəlik haqqında xəbərdarlıq verdiyi vaxta qədər Uhan şəhərindəki xəstəxananın parkingində maşınların sayının sürətlə çoxaldığının göstərdiyini bildirib.
Peyk görüntüləri 2019-cu ilin oktyabr ayında araşdırılan Tianyu xəstəxanasının parkinqlərində 285 nəqliyyat vasitəsinin dayandığı və bunun əvvəlki ildə 171 avtomobillə müqayisədə 67 faiz artıq olduğunu göstərib.
Araşdırmalar zamanı xəstəxana parkinqlərindəki nəqliyyat vasitələrinin çoxalmasından əlavə, Çinin Baidu axtarış saytında çox sayda "öskürək" və "ishal" onlayn söz axtarışlarının olduğu da aşkar edilib.
Koronavirusun Uhanda 2019-cu ilin dekabr ayının sonlarında yarandığına inanılır. Tədqiqatçılar xəstəxanaya gələn avtomobillərin saynın artmasının COVID-19-la birbaşa əlaqəsi olduğunu təsdiq edə bilməyəcəyini bildirsə də, deyiblər ki, "məlumatlarımız virusun Huanan dəniz bazarında aşkarlanmasından əvvəl baş verdiyini göstərən digər son işlərimizi təsdiq edir."