Accessibility links

Yeni Azərbaycan Partiyasının qurultayı İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb


Yeni Azərbaycan Partiyası qurultay keçirir
Yeni Azərbaycan Partiyası qurultay keçirir

Fevralın 8-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı hazırki prezident İlham Əliyevin yenidən prezidentliyə namizədliyini irəli sürüb. Qurultay işturakçıları İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyib.

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək. YAP artıq 4-cü dəfə İlham Əliyev prezidentliyə namizədliyini irəli sürüb. Konstitusiyaya edilmiş yeni dəyişkiliyə görə, bu dəfəki seçkilərdən sonra prezidentlik müddəti 7 il olacaq.

YAP 1992-ci ildə yaradılıb və partiyanın ilk sədri ölkənin mərhum prezidenti Heydər Əliyev olub. 2005-ci ildən indiki prezident İlham Əliyev partiyanın sədridir. Partiya 1993-cü ildən hakimiyyətdədir. İlham Əliyev 2003-cü ildən ölkənin prezidentidir.

Partiyanın 710 314 üzvü var.

XS
SM
MD
LG