Accessibility links

Yeni çağırış Milli Məclis işinə başlayıb


Yeni çağırış Milli Məclis işinə başlayıb
Yeni çağırış Milli Məclis işinə başlayıb

Parlament seçkisinin nəticələrinə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyasının 72, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ana Vətən Partiyasının 2, Ümid, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Ədalət, Vətəndaş Birliyi və Sosial Rifah partiyalarının hər birinin 1 üzvü seçilib. Deputatların 41 nəfəri bitərfədir

Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi öz işinə başlayıb. Yeni çağırış parlamentin ilk iclasında prezident İlham Əliyev iştirak edib.

Konstitusiya Məhkəməsi bu gün saat 9-da parlament seçkilərinin yekunlarını təsdiq edib. Saat 12.00-da isə Milli Məclisin ilk iclası başlayıb.

Oqtay Əsədov yenidən Milli Məclisin sədri seçilib. Parlament sədrinin müavinləri də dəyişməyib. Deputat Ziyafət Əsgərov sədrin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov müavinləri seçilib.

Parlamentin komitələrinin sədrləri də dəyişməyib.

Əli Hüseynov hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov təhlükəsizlik və müdafiə komitəsinin, Ziyad Səmədzadə iqtisadi siyasət komitəsinin, Valeh Ələsgərov təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar İbrahimov aqrar siyasət komitəsinin, Hadi Rəcəbli sosial siyasət komitəsinin, Arif Rəhimzadə regional məsələlər komitəsinin, Şəmsəddin Hacıyev elm və təhsil komitəsinin, Nizami Cəfərov mədəniyyət komitəsinin, Rəbiyyət Aslanova insan hüquqları komitəsinin, Səməd Seyidov beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrləri təsdiq edilib.

Milli Məclisə seçkilər noyabrın 7-də keçirilib.

Parlament seçkisinin nəticələrinə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyasının 72, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ana Vətən Partiyasının 2, Ümid, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Ədalət, Vətəndaş Birliyi və Sosial Rifah partiyalarının hər birinin 1 üzvü seçilib. Deputatların 41 nəfəri bitərfədir.

Müxalifətdə olan “Yeni Müsavat”, AXCP, Klassik Xalq Cəbhəsi, Azadlıq, Xalq və digər partiyalar, o cümlədən bir sıra bitərəf namizədlər seçkilərin nəticələrini tanımır. Ümumilikdə yüzədək deputatlığa namizəd seçkilərin nəticələrini tanımadıqları barədə bəyanatla çıxış edib. Bu namizədlər həmçinin seçkilərin nəticələrini tanımamaq və şikayətləri araşdırmaqla bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Lakin, Konstitusiya Məhkəməsi namizədlərin şikayətlərinə münasibət bildirmədən bütün seçki dairələri üzrə Mərkəzi Seçki Komissiyasının yekun protokolundakı nəticələri tanıyıb.

Milli Məclisin ilk iclasına müxalifət və müstəqil media, o cümlədən parlamentdə akreditə olunmuş müxbirlər dəvət edilməyib.

XS
SM
MD
LG