Accessibility links

FBI-ın yeni direktorunun adı növbəti həftə elan edilə bilər


Buş höküməti dövründə Ədliyyə Nazirliyin yüksək ranqlı əməkdaşı Elis Fişer yeni FBI direktoru vəzifəsinə namizədlərdər biridir.
Buş höküməti dövründə Ədliyyə Nazirliyin yüksək ranqlı əməkdaşı Elis Fişer yeni FBI direktoru vəzifəsinə namizədlərdər biridir.

Şənbə günü ABŞ prezidenti Donald Tramp yeni FBI direktorunun adının növbəti həftə elan edilə biləcəyini bildirib.

Liberty Universitetində çıxış etmək üçün Linçburqa yola düşməkdən öncə müxbirlərin suallarına cavab verərkən, prezident Tramp “biz qərarımızı tez verə bilərik” deyib.

Prezidentin dörd gün FBI direktorunu öncə istefaya göndərməsindən bəri bu addımın səbəbləri hələ də əsas müzakirə mövzularından biridir.

Boş qalan direktor vəzifəsinə təyinat üçün təxminən on nəfər nəzərdən keçirilir. Onların arasında hüquqşünaslar, hüquq-mühafizə orqanları əməkdaşları və hətta qanunvericilər də var.

Ən azı beş namizədin şənbə günü Vaşinqtonda baş prokuror Cef Seşşons və müavini Rod Resenstayn ilə görüşməsi nəzərdə tutulub.

Buş höküməti dövründə Ədliyyə Nazirliyin yüksək ranqlı əməkdaşı Elis Fişer yeni FBI direktoru vəzifəsinə namizədlərdər biridir. Digər namizədlər arasında FBI-ın xüsusi agenti Adam Li, büronun direktor əvəzi Endryu Keyb, Nyu York Appelyasiya Məhkəməsinin hakimi Maykl Qarsiya və Senator Con Korninin də olduğu bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG