Accessibility links

Yeni Filmlər: “My Week with Marilyn” və “Arthur Christmas”(video)


Yeni Filmlər: “My Week with Marilyn” və “Arthur Christmas”(video)
Yeni Filmlər: “My Week with Marilyn” və “Arthur Christmas”(video)

“Arthur Christmas” filmi Britaniya ilə Amerikanın 3 D efekti ilə birgə çəkdikləri cizgi filmidir

“My Week with Marilyn”

1956-cı ilin yayının əvvəlində yenicə Oxford universitetini bitirmiş 23 yaşlı Kolin Klark film biznesində karyera yaratmaq istəyir. O, “The Prince and the Showgirl” filmində adi yardımçıdır. Bu film Laurens Oliverin yeni həyat yoldaşı, yazıçı Artur Miller ilə bal ayında olan Merilin Monroyla tanış olmalarına şərait yaradır. Artur Millerin İngiltərəni tərk etməsi Kolin üçün yolu açır və o, Merlini gözəl Britaniya həyatı ilə tanış etmək imkanı qazanır. Film Klarkın Merlin Monro ilə keçirdiyi ideal həftədən bəhs edir.

Yeni Filmlər: “My Week with Marilyn” və “Arthur Christmas”(video)
Yeni Filmlər: “My Week with Marilyn” və “Arthur Christmas”(video)

Filmdə Merlin obrazını yaratmaq uğrunda müsabiqədə Skarlet Cohansan birinci idi. Ondan başqa Keyt Hudson, Emi Adams, və Mişel Vilyams da bu rola potensial namizədlər idi. Lakin üç ay sonra məlum oldu ki, rol Mişel Vilyamsa qismət olacaq.

“My Week with Marilyn” britaniya filminin rejissoru Simon Kurtiz, ssenari müəllifi isə Adrian Hodcesdir. Baş rolları Mişel Vilyams, Edi Redmayn, Kenet Branaq və başqaları ifa edir .

“Arthur Christmas”

“Arthur Christmas” cizgi filmi Santa Klaus, həyat yoldaşı və Arturla Stiv adlı iki oğlu haqdadır. Bu film hər bir uşağın Santanın bir gecədə, Milad gecəsi o, qədər hədiyyəni evlərə necə gətirə bilməsi sualını cavablandırır. Cavab isə budur. Sən demə Santanın Şimal Qütbündə buzlar altında yüksək texnologiyalı hədiyyə paylama əməliyyatları gedir. Santanın böyük oğlu Stiv əməliyyata rəhbərlik edir. Onun kiçik oğlu Artur isə poçt şöbəsində uşaqların məktublarını cavablandırmaqla məşğul olur və daim əməliyyata maneə törədir.

Yeni Filmlər: “My Week with Marilyn” və “Arthur Christmas”(video)
Yeni Filmlər: “My Week with Marilyn” və “Arthur Christmas”(video)

Stiv atasından sonra Santa olmaq istəyir. Lakin çox keçmədən ailə texnologiyanın deyil, əsl bayram ruhunun daha mühüm olduğunu anlayır və atası pensiyaya çıxdıqda onun yerini Stiv deyil, Artur tutur.

“Arthur Christmas” filmi Britaniya ilə Amerikanın 3 D efekti ilə birgə çəkdikləri cizgi filmidir. Film noyabr ayının 23-ü Birləşmiş Ştatlarda kinoteatr ekranlarına çıxacaq. Filmin rejissoru Sara Smit və Beri Kukdur. Baş rollarda Ceyms Makevi, Hyu Leri, Cim Brodbend, Bill Nay və başqaları çəkilib.

XS
SM
MD
LG