Accessibility links

Yeni Hollivud Filmləri: `50/50`(video)


Yeni Hollivud Filmləri: `50/50`(video)
Yeni Hollivud Filmləri: `50/50`(video)

Həqiqi hadisəyə əsaslanan “50/50” hekayəsi dostluq , sevgi, yaşama istəyi, və olduqca ciddi vəziyyətdə belə gülməli hadisələrlə qarşılaşmaq barədədir. Gəc oğlan Adama qəflətən xərçəng xəstəliyi diaqnozu qoyulur. O, bəd xəbəri sevgilisinə, ən yaxın dostuna və Alzheimer, yəni yaddaşsızlıq xəstəliyindən əziyyət çəkən atasının qayğısına qalan anasına deyir.

Yeni Hollivud Filmləri: `50/50`(video)
Yeni Hollivud Filmləri: `50/50`(video)

Onların hər biri xəbərə və sonrakı müalicə prosesinə bir cür reaksiya verirlər. Bu az imiş kimi, Adam müalicəsi ilə məşğul olmaq üçün xəstəxananın ona təyin etdiyi həkimin təcrübəsiz gənc qız olduğunu öyrənəndə düşdüyü vəziyyətə gülməyə bilmir.

Film Vil Reiserin həyat təcrübəsinə əsaslanıb. Filmin rejissoru Conotan Levin, ssenari müəllifi isə Vil Reiserdir. Baş rollarda Set Rocen, Ana Kendrik və Bryus Dalas Havard çəkiliblər. Adam rolunu Cozef Qordon Levit ifa edir.

XS
SM
MD
LG