Accessibility links

Yeni Hollivud Filmləri: “Abraham Linkoln: Vampir Ovçusu”


Epistolyar stildə məxfi sənədlərə istinadən yazılmış kitaba əsaslanan yeni film 16-cı Amerika prezidenti, Abraham Linkolnun tərcümeyi-halını əks etdirir.

Tamaşaçıların sevdiyi janrda çəkilmiş filmin quruluşçu-rejissorları Tim Burton və əslən qazağıstanlı rejissor Timur Bekmambetovdur. “Abraham Linkoln: Vampir Ovçusu” kino-filmində amerikalıların sevimli prezidentinin məxfi həyatının olduqca maraqlı detalları böyük ekranda canlandırılır.

Abraham 11 yaşında olanda atası Tomas Linkolndan vampirlərin gerçək olduğunu öyrənir. Atası ona 1786-cı ildə vampirlərin Abraham Linkoln adlı babasını öldürdüyünü deyir. Gənc Abraham eyni zamanda anası Nensi Hanks Linkolnun da süd deyil, vampir qanından zəhərləndiyini öyrənir. Abraham Linkoln öz gündəliyində mümkün qədər çox vampir öldürməyə söz verir. Gənc Linkoln vampirləri və onların qul sahibi olan köməkçilərini məhv etməyə qərar verir.

“Abraham Linkoln: Vampir Ovçusu” ssenari müəllifi Set Qraham-Smitdir. Baş rolları Bencamen Valker, Dominik Kuper, Entoni Maki, Meri Elizabet Vinsted və başqaları ifa edir.

“Abraham Linkoln: Vampir Ovçusu”

XS
SM
MD
LG