Accessibility links

Yeni Filmlər: “In Darkness” (video)


Yeni Filmlər: “In Darkness” (video)
Yeni Filmlər: “In Darkness” (video)

İkinci Dünya müharibəsi dövründə Polşanın Lvov şəhərində kanalizasiya işçisi və oğru Leopold Soça getto ləğv edildikdən sonra alman faşıstlərindən gizlənməyə çalışan bir qrup yəhudi ilə qarşılaşır. O, pul müqabilində yəhudiləri izdihamlı şəhərin yeraltı kanalizasiya labirintlərində gizlətməyə razı olur.

Ucuz və şərəfsiz bu sövdə sonradan Soça ilə yəhudilər arasında qəribə müttəfiqlik şəklində davam edir və Soçanın vijdanı onun pula hərisliyinə üstün gəlir.

Yeni Filmlər: “In Darkness” (video)
Yeni Filmlər: “In Darkness” (video)

Film eyni zamanda, 14 ay müddətində kişi, qadın və uşaqların qeyri-adi şəraitdə sağ qalmaq uğrunda ölüm-dirim mübarizəsindən bəhs edir.

Filmin çəkilişi Polşa, Almaniya və Berlində su ilə dolu süni kanalizasiyanın yaradıldığı Babelsberq studiyasında çəkilib.

“In Darkness” filminin rejissoru Aqnieska Holland, ssenari müəllifi isə Deyvid Şamundur. Leopold Soça rolunu Robert Vikeviç ifa edir.

XS
SM
MD
LG