Accessibility links

Yeni Hollivud Filmləri: Beaver (video)


Yeni Hollivud Filmləri: Beaver (video)
Yeni Hollivud Filmləri: Beaver (video)

Bir vaxtlar oyuncaq şirkətinin uğurlu prezidenti və sevimli ailə başçısı olmuş Walter Black indi depressiya keçirir. Nə edirsə etsin Walter məyusluqdan yaxa qurtararaq əvvəlki həyatını bərpa edə bilmir. O, həyata marağını və ümidini itirib. Böyük oğlu Porter Black anasının atası Walterdən boşanmasını istəyir. Təsadüfən tapdığı qunduz oyuncağı Walterə öz səsini dinləməyə və ona həyatını geri qaytarmağa kömək edir. Komik-drama janrında çəkilmiş filmin rejissoru Jodie Fosterdir. Baş rollarda Mel Gibson və Juide Foster özləri çəkilib. Filmin çəkilişinə 21 milyon dollar xərclənib. People.com-a istinadən son vaxtlarda şəxsi həyatında baş verən problemlər zamanı daim Mel Gibsonun yanında olan Jodie Foster bu filmdən sonra tamaşaçıların Mel Gibsona olan sevgisinin qayıdacağına ümid edir.

XS
SM
MD
LG