Accessibility links

Yeni Hollivud Filmləri: “Dünyanın Sonu Üçün Yoldaş Axtarışında”


“Dünyanın Sonu Üçün Yoldaş Axtarışında” adlı yeni kino-film yaxın gələcəkdə baş verəcək apokalipsis haqdadır. Filmin ssenari müəllifi və rejissoru dünyanın sonu gələrsə insanların özlərini necə hiss edəcəkləri və nə edəcəklərini göstərməyə çalışır.

112 km-lik asteroid Yer kürəsinə doğru gəlir və onun qarşısını almaq üçün sonuncu cəhd boşa çıxır. Mülayim xasiyyətli sığorta agenti Docun isə evlilik həyatı başa çatır. Yer kürəsində həyat təxminən 21 gündən sonra sona çatacaq. Doc daim qanuna riayət edən insan olub. Qonşusu Peni isə onun tam əksidir. Həyata müxtəlif baxışı olan bu iki insan qarşıdan gələn dəhşətli hadisəyə məhəl qoymaq istəməyərək, bu haqda fikirləşməməyə çalışır. Doc vaxtını dostlarla keçirməkdən imtina edir. Peni isə eqoist musiqiçi ilə münasibətlərini həll etməklə məşğul olur. Onlar ilk dəfə Peni depressiyada olarkən Doca itmiş məktubu verən zaman raslaşırlar. Docun bütün gələcəyini dəyişə biləcək bu məktub onun məktəb yoldaşı və sevgilisi Oliviyadandır. Doc nə qədər gec deyil Oliviyanı tapmağa qərar verir. Peni isə ömrünün son günlərini İngiltərədəki ailəsi ilə keçirmək istəyir. Doc Peni öz avtomobilini verdiyi halda, onu ailəsinin yanına çatdırmağa kömək edəcəyinə söz verir. Yol yoldaşı olan bir-birindən fərqli bu iki insan arasında münasibətlər yeni istiqamət alır, onların dünyaya baxışı da büsbütün dəyişir.

Komediya janrında çəkilmiş “Dünyaının Sonu Üçün Yoldaş Axtarışında” adlı filmin ssenari müəllifi və rejissoru Loren Skafariadır. Baş rolları Stiv Keral, Kira Naytley, Koni Briton, Adam Brodi və başqaları ifa edir.

XS
SM
MD
LG