Accessibility links

Yeni Hollivud Filmləri: “Johnny English Reborn” və “The Three Musketeers” (video)


Yeni Hollivud Filmləri: “Johnny English Reborn” və “The Three Musketeers” (video)
Yeni Hollivud Filmləri: “Johnny English Reborn” və “The Three Musketeers” (video)

“Johnny English Reborn”

İngiltərənin hərbi kəşfiyyat şöbəsinin yüksək rütbəli casusu yoxa çıxır. O, Asiyanın ucqar bölgəsində nadir bacarıqlar öyrənməklə məşğuldur. Lakin onun agentliyinin yüksək rütbəli rəsmiləri Çin baş nazirinə qarşı sui-qəsd hazırlandığını öyrəndikdə, qeyri-adi bacarığa malik agenti tapmalıdırlar. Agent Con İnqliş üçün fəlakət seçim ola bilər, amma işi yerinə yetirməmək heç cür seçim ola bilməz.

Yeni Hollivud Filmləri: “Johnny English Reborn” və “The Three Musketeers” (video)
Yeni Hollivud Filmləri: “Johnny English Reborn” və “The Three Musketeers” (video)

“Johnny English Reborn” filmi Rovan Atkinson qorxu və təhlükə bilməyən inanılmaz məxfi agent haqda filmin davamıdır. Bu dəfə ki, əhvalatda qeyri adi kəşfiyyat zabiti dünya liderini aradan götürməklə qlobal hərc-mərcilik yaratmaq istəyən beynəlxal qatil qrupunun qarşısını almağa çalışır.

Filmin rejissoru Oliver Parker, ssenari müəllifləri isə Hümiş Makkol və Viliam Deyvisdir. Baş rolları Rovan Atkinson, Qiliyan Anderson və başqaları ifa edir.

“The Three Musketeers”

Atos, Partos, Aramis və Miladi Leonarda da Vinçinin Venessiyadakı gizli zirzəmisinə daxil olaraq məxfi layihəni götürmək istəyirlər. Lakin sonradan Miladi ortaqlarına hiylə gələrək layihəni Bukenqem hersoquna satır.

Yeni Hollivud Filmləri: “Johnny English Reborn” və “The Three Musketeers” (video)
Yeni Hollivud Filmləri: “Johnny English Reborn” və “The Three Musketeers” (video)

Bir il sonra Bukenqem hersoqu da Vinçinin layihəyəsinə əsasən inşa etdiyi uçan hərbi gəmini Fransa-İngiltərə müharibəsində istifadə etmək istəyir. Atası kimi Muşketyor olmaq üçün Qaskoniyadan Parisə gələn d`Artanyan adlı dəliqanlı gənc qisas arzusu ilə yaşayan üç muşketyora qoşulur. Onlar gəmini ələ keçirməyə müvəffəq olmaq üçün birgə yeni layihə hazırlayırlar.

Filmin rejissoru Pol Anderson, ssenari müəllifləri isə Endryu Devis və Aleks Litvalkdır. Baş rollarda Loqan Lerman, Mila Covoviç, Mətyu Makfadiyen, Rey Stivinson, Luk Evens və başqaları çəkilib.


XS
SM
MD
LG