Accessibility links

Yeni Hollivud Filmləri: Unknown


Yeni Hollivud Filmləri: Unknown
Yeni Hollivud Filmləri: Unknown

Berlində avtomabil qəzasından sonra həkim özünə gəlir və həyat yoldaşının onu tanımadığını aşkar edir. Məlum olur ki, başqa bir adam onun həyatını yaşayır və qatillər onun peşindədirlər.

January Jones: `Salam Yeni Hollivud filmlərinə xoş gəlmisiniz. Mən Cənuari Conam. Buyurun bizim yeni “Unknown” filmi ilə tanış olun.`

Sual: `Biz filmin sonunda baş verənlərə valeh olduq. Mənə maraqlıdır görəsən siz ilk dəfə bu ssenarinin əvvəlini oxuyarkən hekayənin nə ilə bitəcəyini öyrənmək yanğısı sizə ssenarinin sonuna tez nəzər salmağa vadar etmədimi?`

Liam Neeson: `Bəli bu cür istəklər olur amma onda növbəti 90 səhifəni korlayırsan.`

Cənuari Con: `Xeyir mən ssenarini ardıcıl oxudum, və məncə ona görədə hekayəyə heyran oldum.`

Coil Silver: `Ssenarini oxumamışdan əvvəl artıq mənə hekayəni nağıl etmişlər, və mən ssenarini oxuyarkən artıq hekayənin necə sona çatacağından xəbərdar idim. Mənə elə gəlir ki, biz işimizin öhtəsindən yaxşı gəlmişik ki, siz filmin necə bitəcəyini istəsənizdə müəyyən edə bilmirdiniz.`

Liam Neeson: `Ssenarini oxumaq çox xoş idi.`

Sual: `Düzdür, siz filmin necə başa çatacağını qabaqcadan bilirsiniz. Amma yenə də filmə baxarkən filmdəki düyünlərin açılması sizie valeh edirmi?`

Liam Neeson: `Biz bu filmi bir il əvvəl çəkmişik, ona görədə mən filmə cəmi bir neçə həftə bundan əvvəl baxmışam, və filmə baxarkən elə anlar olurdu ki, mən düşünürdüm görəsən bunun ardı necə olacaq. Həmdə hadisələr elə bil gerçək həyatda baş verir. Coil Silver çox çox məşur produserdi və o, öz filmlərini tanıyır. O bilir nə alınar nə alınmaz. Ona görədə biləndəki bu işin arxasında Coil dayanıb mənim bu filmin uğurlu olacağına şübhəm yox idi.`

Yeni Hollivud Filmləri: Unknown
Yeni Hollivud Filmləri: Unknown

Sual: `Siz gərək avtomaboilin batma anını mənim üçün xırdalayasınız. Necə, siz hərəkət edən avtomabilin içində idiniz ya necə? Çəkilişdə necə idi?`

Dayan Krucer: `Mən ilk dəfə idi ki, belə bir şey görürdüm. Avtomabilin sükanı avtomabilin üzərində bir qurğuya qoşulmuşdu. Qurğunun üzərində bir nəfər avtomabilin sükanını idarə edirdi. Bizsə avtomabilin içərisində oturmuşduq.`

Coil Silver: `Əlbətdə çəkiliş zamanı həqiqətən də təhlükəli anlar olur. Amma `Movie Magic` var idi, həmdə biz diqqətli olmalıyıq ki, heç bir xoşa gəlməz hadisələr baş verməsin. Biz əminidik buna, və eyni zamanda bizim bəxtimiz gətirirdi. Lakin onlar təhlükəli görünməlidirlər və görünürdülərdə. İlk öncə bir az gərginlik var idi. Yəni qorxulu deyildi, sadəcə qəribə idi.`

XS
SM
MD
LG