Accessibility links

Medvedev: Rusiyada yeni il sürfələrini yerli məhsullar bəzəyəcək


Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, yeni il sürfəsində yalnız yerli ərzaqlar olacaq. Bunu baş nazir NTV kanalına müsahibəsində deyib.

O bildirib ki, hökumətin əsas məqsədlərindən biri, əhalini yerli ət və balıq məhsulları, meyvə-tərəvəzlə təmin etməkdir və artıq bu məhsulların böyük hissəsi ölkədə istehsal olunur.

Baş nazir bildirib ki, onun yeni il süfrəsində mütləq yerli ət və balıq məhsulları, o cümlədən tərəvəz olacaq.

Medvedevin sözlərinə görə, bu məhsullar son bir neçə il ərzində ölkədə yaradılan yeni müəssisələrdə istehsal olunur.

Qeyd edək ki, Rusiya Qərbin sanksiyalarına cavab olaraq, 2016-cı ilin iyununda Avropa İttifaqı ölkələri, ABŞ və Kanadaya qarşı ərzaq embarqosunu daha 6 ay uzadıb.

XS
SM
MD
LG