Accessibility links

Azərbaycan yeni ili Amerika səfiri olmadan qarşılaya bilər


Azərbaycan yeni ili Amerika səfiri olmadan qarşılaya bilər
Azərbaycan yeni ili Amerika səfiri olmadan qarşılaya bilər

2012-ci ilə az qalır. Yeni ili bir sıra-Rusiya, Azərbaycan, Çex Respublikası, Hindistan və El-Salvador kimi ölkələr Amerika səfiri olmadan qarşılaya bilər. ABŞ prezidenti Barak Obama Azərbaycan, Çex Respublikası və El- Salvador səfirlərini artıq təyin edib. Lakin vəzifə müddətləri ilin sonunda başa çatan bu nümayəndələrin namizədliyi Senatın ciddi müxalifəti ilə üzləşib.

Amerikanın Azərbaycandakı hazırkı səfiri Metyu Brayzanın təsdiqi iki demokrat senator-Barbara Bokser və Robert Menendezin etirazı ilə qarşılanır. Senatorlar Obama administrasiyasının 1915-ci il erməni genosidinin tanıması barədə Konqresin qətnaməsini qəbul etməməsindən narazıdır.

Brayzanın təsdiqi Amerikadakı Azərbaycan təşkilatlarının kampaniyalarına yol açıb. Bunlardan biri Amerikada ən böyük daspor təşkilatı olan USAN-dır. Amerika Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi və icraçı direktoru Adil Bağırov ilk dəfə olaraq 2010-cu ildə səfir Brayzanın təsdiqi kampaniyasına başladığını bildirib.

Cənab Bağırov “Amerikanın səsi”nə deyib ki, o zaman erməni lobbisinin veto əldə etmək istəyi baş tutmadı və biz qələbə əldə etdik. O, kampaniyanın yalnız Metyu Brayzanın təsdiqi deyil, ümumiyyətlə erməni lobbisinin veto hüququna malik olmaması məqsədi daşıdığını bildirib.

Adil Bağırov diaspora təşkilatının minlərlə üzvünün yazılı şəkildə senatorlara müracət, onlarla görüş keçirib vəziyyəti izah etdiklərini deyib.

“Əvvəllər yalnız ermənilərin səsi eşidilirdisə, indi azərbaycanlılar qızğın fəaliyyətləri sayəsində öz səslərinin eşidilməsinə nail olublar”-deyə USAN-nın icraçı direktoru Adil Bağırov qeyd edib.

Qeyd edək ki, Amerikanın Erməni İcması Təşkilatı Brayzanın tam səfirlik müddətinə təyin edilməsinin əleyhinə çıxış edən qurumlar arasındadır. Təşkilatın veb səhifəsində Brayzanın təsdiqinin qarşısının alınması üçün ermənilər senatorlara müraciətə səslənir.

XS
SM
MD
LG