Accessibility links

Yeni ixtira dronları bədən hərəkətləri ilə idarə etməyə imkan yaradacaq


Yeni ixtira dronları bədən hərəkətləri ilə idarə etməyə imkan yaradacaq
please wait

No media source currently available

0:00 0:01:45 0:00

İsveçrəli alimlər uçan obyektin idarəsi üçün nəzərdə tutulmuş və hərəkət sensorları ilə təchiz edilmiş köynək hazırlayıblar. İsveçrə Federal Texnologiya İnstututunun araşdırmasının nəticələrinə görə, bədən hərəkətlərinin istifadəsi əldə tutulan ənənəvi coystikdən daha intuitiv və dəqiqdir.

Pilotsuz uçuş cihazları axtarış və xilas əməliyyatlarında getdikcə daha çox istifadə edilir. Bu şəraitdə isə pilotlardan maksimal sürət və dəqiqlik tələb olunur. Bədən-maşın-interfeys texnologiyasını icad edən komanda deyir ki, bu metodu öyrənmək daha asandır. Həmçinin, istifadə zamanı konsentrasiya az tələb olunduğundan, missiyanın reallaşdırılmasına daha çox diqqət ayıra bilirsən.

Cenifer Miehbradt, Nevromühəndislik Laboratoriyası: “Dronu düzgün idarə etməklə bərabər, kameradan əldə etdiyin görüntüyə baxmaq çox önəmlidir. Əgər pilotluğa həddindən artıq fokus olunsan, dronun təqdim etdiyi görüntülərə yaxşı baxa bilmirsən. Bu səbəbdən də bizim məqsədimiz bu prosesi daha asan, sadə və intuitiv edə biləcək bir metod tapmaq idi.”

Uçuş Köynəyi adlanan bu cihaz yüngüldür və dronun idarəsini asanlıqla icra etməyə kömək edir. Bu köynəyə əlavə olaraq, dron hərəkətinə yardım ədən əlcəklər də bu kostyuma daxildir. Əlcəklər dronun bütün hərəkəti vaxtı istifadə edilir, amma qalxış və eniş tam olaraq əlcəklərlə reallaşdırılır.

Araşdırmalar göstərir ki, təcrübəsiz dron pilotları bu metod vasitəsilə dronun idarə edilməsini çox tez öyrənə bilirlər.

XS
SM
MD
LG