Accessibility links

Yeni Kaledoniyada seçicilər müstəqilliyi rədd edib


Yeni Kaledoniyada müstəqillik referendumu keçirilib
Yeni Kaledoniyada müstəqillik referendumu keçirilib

Sakit Okeanda yerləşən Yeni Kaledoniya adalarının sakinləri müstəqillik refendumunda Fransanın bir hissəsi qalmağın lehinə səs verib.

Bazar günü 174 min seçicinin təxminən 57 faizi arxipelaqonun 19-cu əsrin ortalarında Fransanın ələ keçirdiyi suverenliyinin bərpasını rədd edib.

Fransa prezidenti Emmanuel Makron deyib ki, səsvermə “Fransa respublikasına, onun gələcəyinə və dəyərlərinə etimadın göstəricisidir”.

Referendum 1988-ci ildə müsətilliyi dəstəkləyən yerli kanaklar və Fransa ilə əlaqəyə üstünlük verən avropalı mühacirlərin törəmələri arasında illərdir davam edən zorakılıqlara son qoymaq məqsədilə başladılan prosesin bir hissəsidir. Proses çərçivəsində 1998-ci ildə 2018-ci ildə referendumun keçirilməsinə dair razılıq əldə olunub.

Razılığa əsasən 2022-ci ilədək daha iki müstəqillik referendumu keçirilə bilər.

Əraziyə geniş muxtariyyət verilsə də, müdafiə və təhsil kimi sahələrdə Fransadan asılıdır.

Yeni Kaledoniyanın iqtisadiyyatı hər il Fransadan gələn 1.5 milyard dollarlıq subsidiyalarla dəstəklənir və bir çoxları bu ödənişlər olmadan iqtisadiyyatın çökəcəyindən narahatdır.

XS
SM
MD
LG