Accessibility links

24 yeni koronavirusa yoluxma faktı aşkar olunub, 1 nəfər vəfat edib, metro dayandırılıb


Martın 31-də Azərbaycanda 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yaıb.

Məlumatda deyilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1957-ci il təvəllüdlü Azərbaycan vətəndaşı vəfat edib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Azərbaycanda ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır.

Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Operativ Qərargah həmçinin bildirir ki, tədbirlər həyata keçirilsə də ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.

“İctimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır. Eyni zamanda Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır. Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti martın 31-dən aprelin 20-dək dayandırılır,” məlumatda qeyd edilir.

Bakı şəhərində sərnişindaşımaları müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək.

XS
SM
MD
LG