Accessibility links

Yeni Meksikanın köhnə şəhəri


Yeni Meksikanın köhnə şəhəri
please wait

No media source currently available

0:00 0:03:35 0:00

Yeni Meksikanın köhnə şəhəri

İspaniyanın müstəmləkə qəsəbəsi olan Albukerke Nyu Meksikanın o vaxtı qubernatoru Fransisko Kuervo tərəfindən 1706-cı ildə təsis edilib. Kuerva öz hesabatında təxminən 2 kvadrat kilometr həcmində olan yeni qəsəbədə 252 nəfər yaşadığını qeyd edirdi. Bu qəsəbə də digər müstəmləkə qəsəbələri kimi kolonial şəhərsalma qanunlarına uyğun şəkildə inşa edilib.

Albukerkenin qədim şəhəri 1706-cı ildə tikilmiş San Felipo kilsəsinin ətrafında salınıb.

San Felipe de Neri kilsəsi Nyu-Meksikadakı digər kolonial kilsələrdə olduğu kimi 18-ci əsrin memarlıq uslubuna uyğun şəkildə, üçbucaqlar formasında, qalın adobi divarlar və taxta tirlərdən istifadə edilərək tikilib. 1861- ci ildə Neoqotika stilində ucaldılmış əkiz kilsə zəngləri və 1916-cı ildə isə əlavə edilən təzyiqə davamlı tavandan sonra kilsə indiki görünüşünü alır.

18-ci əsrin sonlarına qədər şəhər camaatının ancaq bazar günləri meydana gəlmək hüquqları var idi. Həftənin digər günləri isə onlar öz sahələrində keçirib, təsərrüfatları ilə məşğul olmalı idilər. Hal-hazırda isə Albukerkenin qədim şəhər hissəsində çoxlu sayda restoran, müxtəlif cür suvenir mağazaları və sənət qalareyaları var. Buna görə də digər ştatlardan hər il buraya xeyli sayda turist gəlir.

Los Ancelesdən olan turist - Mən buranı çox sevdim. Bura çox qəribə və qəşəng yerdir. Xüsusən də parkın ortasında oturub, musiqi dinləyə bilmək çox əladır. Mən Meksiko şəhərinə gedəndə də eyni ab-havanı hiss etmişdim. - deyə, Los Ancelesdən olan Tiffani bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG