Accessibility links

Yeni Orleanda atışma zamanı 17 nəfər yaralanıb


ABŞ-ın Yeni Orlean şəhərinin polisi bildirib ki, bu gün 17 nəfərin yaralanması ilə nəticələnən silahlı hücumun motivi və həyata keçirənlərin kimliyi hələlik müəyyən edilməyib.

Silahlı hücum yüzlərlə insan parkda musiqi video film partisinə toplaşan zaman baş verib.

Yeni Orleanın Polis Departamentinin sözçüsü Frank Robertson deyib ki, şəhərin Yuxarı 9-cu Zonasında baş verən atışmada atəş açan silahlı şəxslərin kim olduğunu demək tezdir.

"Ancaq inanırıq ki, bir qrup adam bir-birinə atəş açıb," deyə Robertson bildirib.

İlkin açıqlamada 16 nəfərin yaralandığı bildirilsə də, sonradan yaralıların sayı 17 olaraq təsdiqlənib.

İnsident 6:15 radələrində Bunny Friend Parkda baş verib. Polis daha sonra ətraflı məlumat veriləcəyini bildirib.

XS
SM
MD
LG