Accessibility links

Yeni Orleanda atışmada 11 nəfər yaralanıb


Yeni Orlean polisi bazar günü şəhərin fransız kvartalı​ (​French Quarter) adlanan hissəsində atışma zamanı 11 nəfərin yaralandığını bildirib.

Polisin verdiyi məlumata görə, yaralanan iki nəfərin vəziyyəti ağırdır. Hələlik hadisə ilə əlaqədar olaraq həbs edilənlər barədə bir məlumat verilməyib.

Polis zabiti Şon Ferquson mediaya bir nəfərin saxlandığını bildirib, lakin həmin şəxsin birbaşa atışma ilə əlaqədar olub-olmadığı aydın deyil.

Polisin bildirdiyinə görə, 10 nəfər xəstəxanaya aparılıb, bir nəfər özü xəstəxanaya gedib. Bundan başqa detallar verilməyib

Atışma səhər saat 3:20-də şəhərin adətən izdihamlı Kanal küçəsində baş verib.

Hüquq-mühafizə orqanları polisin tez zamanda hadisə yerinə gəldiyini və Şükran günündən sonrakı bu həftə sonu Meresedes-Benz stadionunda rəqib futbol komandası ilə oyundan əvvəl ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG