Accessibility links

Yeni oyuncaq qızlara kodlaşdırma öyrədəcək


Yeni oyuncaq qızlara kodlaşdırma öyrədəcək
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Bu, adi oyuncaqlar deyil. Gördüyünüz gəlinciklər texnologiya ekspertləridir və özlərinin Siggy adlı robot nəqliyyat vasitələri üzərində hərəkət edərək, qızlara kod yazmağı öyrədirlər.

Şarmi Albrektsen, İcraçı direktor, SmartGurlz: “Bazarda olan kodlaşdırma oyuncaqlarının əksəriyyəti oğlanlar üçündür. Biz isə bazardakı bu status-kvonu silkələyərək demək istəyirik ki, baxın qızlar, bu sizin üçündür.”

SmartGurlz təşəbbüsü hal-hazırda bazara dörd növ gəlincik çıxarıb. İcraçı direktor Şarmi Albrektsen öz qızına texnologiya ilə yardım edəcək oyuncaq axtararkən xeyli əziyyət çəkdikdən sonra, bu təşəbbüslə çıxış edib.

Bu yaxınlarda keçirilən sınaq toplantısında Albrektsen təcrübəli koderləri dəvət edərək, havayı oyuncağın müqabilində onların fikirlərini toplayıb.

iPad və ya smatfonda istifadə edilə bilən SmartGurlz tətbiqetməsi qızlarda kod haqqında təsəvvür formalaşdırır. Qızlar öz barmaqlarını istifadə edərək, blokları hərəkət etdirir və oyuncağı hərəkət etdirən kod yazmış olurlar.

Vivian, 9 yaş: “Sərbəst oyun növü, məncə çox sadədir. Kodkaşdırma oyun növü isə bir qədər təcrübə tələb edir.”

Şarmi Albrektsen: “Bizdə kodlaşdırmanı addım-addım öyrədəcək məşğələlər var.”

Albrektsen deyir ki, məhsulu 2017-ci ildə ABC televiziya kanalında təqdim edəndən sonra biznes çiçəklənməkdədir.

Avika Aqarval, 7 yaş: “Bu asandır və əyləncəlidir.”

Cean İvern, Amelianın anası: “Burada irəliləyiş daha gözəçarpan olur.”

Yəgin qızların bu nəsli kodlaşdırmaya daha çox meylli olacaq və gələcəyin texnologiya işlərini yerinə yetirməyə hazır olacaqlar.

XS
SM
MD
LG