Luiziana ştatının Nyu Orleans şəhərinin yeni bir proqramı koronavirus səbəbiylə işdən çıxarılan insanlara yeni iş bacarıqları qazanmalarına yardım edir.
İcraçı direktor Soket Soninin bildirdiyinə görə, qeyri-kommersiya qrupu olan Resilience Force tərəfindən hazırlanan proqram koronavirus pandemiyası əsnasında ictimai sağlamlığın qorunması və bir çoxlarının üzləşdiyi işsizlik probleminin həlli məqsədi daşıyır.
"Məqsəd pandemiya səbəbi ilə yaranan işsizlik böhranı nəticəsində işdən çıxarılan insanları dayanıqlılığa hazırlamaqdır. İctimai sağlamlıq işçiləri qapı-qapı gəzib insanlara təlim verəcək, onlara COVID dövründə ən yaxşı təcrübələrə yiyiənlənməyə, təcrid olunmalara və əlaqə izlərinə bağlanmalarına yardım edəcək."
Proqram fərdi qoruyucu vasitələr, federal klinikalar, COVID test sahələri və təcili yardımla əlaqə kimi sahələrə ödənişləri də nəzərdə tutur.
Sağlamlıq təhsili və yoga təlimatçısı kimi proqramın birincilərindən olan iki uşaq atası Andre Vayt üçün bu, təbii bir uyğunlaşmadır.
"Bir dəyişiklik edəcəyimi və bu anda bir çox ehtiyacı qarşılayacağımı biləcəyimi bilməklə yanaşı, özümü bu sahədə daha da inkişaf etdirmək misilsiz bir şeydir."
Oteldə işləyən Rosella Ampuero işini itirdikdən sonra işlə təmin olunmaq və eyni zamanda cəmiyyətə xidmət etməkdən məmnun olduğunu deyir.
"Onlara kömək etmək üçün yollar tapmalı idim, çünki bir insan kimi məsuliyyət daşıdığımı hiss edirdim."
İşə götürülənlər son həftələr ictimaiyyətin ehtiyaclarını müəyyənləşdirmək üçün kilsələr və məhəllələrdə təlimlər keçirir.