Accessibility links

1620: "Yeni" Qüds arzusu


1620-ci ilin iyul ayında Pilqremlər kimi tanınan Puritan separatçılar Niderlandda sürgündən İngiltərəyə geri döndülər və Amerikaya yola düşdülər. Onlar Anqlikan kilsəsindən və kral ailəsinin müdaxiləsi olmadan azad şəkildə dini inanclarını ifadə etmək istəyirdilər.

Onlar həftələrlə dənizdə səyahət etməkdən və bir ay Keyp Kodu kəşf edəndən sonra koloniyalarını qurmaq üçün uyğun yer olaraq Plimut Limanını seçdilər.

Plimut Limanı 70 il boyunca müstəqil koloniya olaraq qaldı və 1691-ci ildə Massaçusets Körfəzi Koloniyasına daxil edildi. O zaman ərzində onların əhalisini 200-dən təxminən 4000-dək artmışdı.

Pilqremlər və yerli tayfalar ilk bir neçə onillik boyunca bir arada sülh içində yaşayırdılar. Lakin növbəti əlli ildə böyük ingilis miqrant dalğası gəldi və torpaq və suverenlik üzərində gərginiklər artdı.

Mayflower II replikası
Mayflower II replikası

Puritanların Yerli amerikalıları “mədəniləşdirmək” və xristianlaşdırmaq” cəhdləri tayfa birliyini, mədəniyyətini və mənəviyyatını darmadağın etdi. 1676-cı ildə Kral Filipp Müharibəsi yerlilərin ingilis koloniyalarını əcdadlarının 10,000 ildən çox yaşadığı torpaqlarından qovmaq ümidlərinə son qoydu.

Tarixçilər ənənəvi olaraq Pilqremlərin hekayələrini anlatmaq üçün Pilqremlərin öz yazılarından istifadə ediblər. Amma həmin yazılarda kolonizasiyanın çirkin tərəfləri və bunun yerli tayfalara necə təsir etdiyi təsvir olunmamışdı.

Yeni İngiltərə hinduları tarixlərini canlı tutmaq üçün hekayələrini şifahi anlatırdılar və yaradıcı yaddaşdan istifadə edirdilər, amma kolonializm bu ənənələri pozdu. Təəssüf ki, tayfalar deyir ki, bu tarixin çoxu itib.

Amerikanın Səsi isə onların hekayələri daha hərtərəfli şəkildə çatdırmaq üçün həm hindu həm də hindu olmayan alim və tarixçilərlə onlarla müsahibə aparıb, pilqrimlərin yazılarını, tanınmış müasir tarix kitablarını araşdırıb. Burada isə dərsliklərdə yazılmayan tarixi əks etdirik: əsas yerli liderlər və şəxsiyyətlər, mədəniyyətlər və mənəvi sistemlər, koloniyaların mədəni və dini assimilyasiya sistemləri, köləlik, yerlilərin xaricdəki təcrübələri, və hətta Yeni İngliltərədəki tayfaların uzun zamandır əlaqələri kəsilən xaricdəki qohumları ilə yeniən əlaqə qurmaq yollarını araşdırıb.

Pilqremlər İsanın ikinci gəlişini gözlədikləri zaman sülh və qardaşlıq içində yaşaya biləcəkləri yeni “Qüds” yaratmaq istəyirdilər. Onlar vəzifələrinin yerli insanlara xristian dinini qəbul etdirmək və onları ingilis həyat tərzinə assimilyasiya etdirmək olduğuna inanırdırlar.

Massaçusetsdəki Vampanoaqlar yeni gələn insanlara qarşı ehtiyatlı davranırdılar amma ticarət və hərbi ittifaqlar qurmaq istəyirdilər. Onların Pilqremlərə etibar etməmələri ucun yaxşı səbəbləri var idi. İngilis Pilqremlər 1500-ci illərin əvvəlindən bəri şimal-şərq sahildə yerliləri oğurlayırdılar. Köhnə dünya xəstəlikləri yerli əhaliləri darmadağın etmişdi, yaxınlarda baş verən epidemiya Vampanoaq əhalisinin təxminən 90 faizini mənv etmişdi və onlar Rod Aylenddəki düşmənləri Narraqandettlərdən gələn təhlükəyə açıq buraxmışdı.

1621-ci ilin mart ayında pilqremləri aylarla uzaqdan izləyəndən sonra Vampanoaqların ali lideri Xuakin ingilislərlə danışliıq aparmağa qərar verdi.

Bununla da Amerika ənənəsi başlamış oldu. Vampanoaq həm mərhəmət həm də siyasi məqsədəuyğunluq səbəbilə Pilqremlərə ilk məhsullarını əkməyə yardım etdi və 1621-ci ilin payızında amerikalıların o zamandan bəri nəsillər boyu Şükran kimi qeyd etdiyi məhsul ziyafətində iştirak etdi.

Massaçusetsdə Maşpi Wampanoag Tayfasının ərazisi
Massaçusetsdə Maşpi Wampanoag Tayfasının ərazisi

Növbəti bir neçə il ərzində Atlantik okeanını əlavə minlərlə inglis keçdi. Onların çoxu Puritanlar idi və Pilqremlərdən fərqli olaraq Anqikan kilsəsindən tərkibində qalmaq istəyirdilər. Onlar 1630-cu ildə ikinci koloniyanı, Massaçusts Körfəzi Koloniyasını qurdular.

O zaman Massaçusets kolonistləri ərazilərini indiki Konnektikutun ərazisinə genişləndirməyə başladılar.

Əraziyə nəzarət və ticarətlə bağlı gərginliklər səbəbilə tayfalar regionda marağı olan ingilislər və hollandlarla ittifaq qurmağa məcbur oldurlar. Bununla da tayfalar qarşı-qarşıya gəldi və Yeni İngiltərədə nəsillər boyu mövcud olan siyasi və iqtisadi balans pozuldu.

Xristianlıq

Pilqremlər Plimuta ayaq basmadan öncə hazırlanan Mayflower razılığında bildirilirdi ki, onlar “Allahın izzəti və xristianlıq dininin yayılması" üçün bu səyahətə çıxıblar.

Massaçusets Körfəzi Çarterində Puritan qurucuların “qalib gəlmək və ölkədəki yerlilərə tək gerçək Allaha və insanlığın xilaskarına itaətə həvəs yaratmaq” mandatı qeyd olunmuşdu.

1646-cı ildə Massaçusets Körfəzi Koloniyasının Puritan missioneri Con Eliot xristianlığı təbliğ etməyə başladı və 14 “dua edən şəhər” təsis etdi ki, orada hindular ənənəvi yaşayışlarını tərk edib, ingilis Puritanları kimi yaşayıb, işləyib, dua etməli idilər.

Lakin Eliotun sınağının dua edən hindulara böyük bədəli oldu. Epidemiyalar, pis hava şəraiti, məhsulsuzluq və borclar xristianlaşmış hindulara ziyan vurdu və bu, onların xristian olmayan hindularla münaqişə yaşamalarına səbəb oldu.

Plimutun Vampanoaq konfederasiyası ilə ittifaqı 1660-cı illərdə Kral Filipin inglisləşdirilmiş adı verilən Metakomun hakimiyyətə gəlməsi ilə başladı. O zamana qədər Plimut tayfanı suveren xalq olaraq görürdü. Amma tədricən Plimut tayfaya öz qanunlarını tətbiq etməyə başladı və onlardan koloniyaya illik xərrac ödəməsini tələb etdi.

Dönüş nöqtəsi

Ən son alçaltma 1675-ci ilin iyununda baş verdi. Belə ki, onun üç məsləhətçisi xristian hindunun qətlində ittiham olundu. Bu məsələ Vampanoaqın ədliyyə sistemi tərəfindən həll olunmalı idi, amma bunun əvəzinə üç nəfər Plimut məhkəməsi tərəfindən mühakimə olunub, edam edildi.

Vampanoaq döyüşçüləri cavab olaraq Puritanların Konnektikutdakı Vezersfild qəsəbəsinə reyd etdi və bu, 14 aylıq Kral Filip Müharibəsinə səbəb oldu ki, bu, Amerika tarixinin adambaşına düşən ən qanlı münaqişəsi hesab olunur.

Müharibə ingilis əsgərlərinin 1676-cı ilin avqustunda Metakomu ələ keçirməsi ilə başa çatdı. Bundan sonra yerli amerikalılar regionda artıq dominant güc hesab olunmadılar və İngiltərə krallığının, daha sonra isə koloniyaların 1776-cı ildə Britaniyadan müstəqillik almalarının ardından, ABŞ hökümətinin subyektinə çevrildilər.

Bu gün çiçəklənir

Tarixi hekayələr və məşhur əfasanələr Yeni İnglitərə tayfalarının yoxa çıxdığına işarə edir. Amma onlar yoxa çıxmayıblar. Bu gün federal hökumət Yeni İngiltərənin cənub-şərqində beş tayfanı tanıyır ki, onların vətəndaşları keçmişlə əlaqə qururlar, dil və mədəniyyətlərini yenidən canlandırırlar və gənclərini gələcəyə hazırlayırlar.

Massaçusets:

Maşpi və Tauntonda Maşpi Vampanoaq Tayfası (2600 vətəndaş)

Marta’s Vinyardda Gey Hed Vampanoaq Tayfası (1365 vətəndaş)

Konnektikut:

Prestin və Ledyardda Maşantaket Pequot Tayfası (1090 vətəndaş)

Ankasvildə Moheqan Hindu Tayfası (2000 vətəndaş)

Rod Aylend:

Çarlztaun və Veyverlidə Narragansett Hindu Tayfası (2400 vətəndaş)

Şərhlərə bax

XS
SM
MD
LG