Accessibility links

Trampın bəyənmədiyi yeni ABŞ səfirliyi Londonda ictimaiyyətə açılıb


ABŞ prezidenti Donald Trampın baha başa gəldiyi və pis yerdə yerləşdiyi dediyi ABŞ Londondakı yeni səfirliyi çərşənbə axşamından etibarən ictimaiyyətə açıqdır.

İnşaası 1 milyard dollara başa gələn səfirlik Temza çayının cənub sahilində, keçmiş sənayə ərazisində yerləşir.

Səfirliyin yeni binası Qrosvenor Meydanında yerləşən köhnə binanı əvəzləyəcək.

Tramp keçən həftə Twitter hesabı vasitəsilə “bərbad sövdələşmə” olması səbəbilə səfirliyin açılışı üçün Londona səfər etməyəcəyini yazıb.

Tramp, layihənin Corc Buş dövründə başlamasına baxmayaq, buna görə sələfi Barak Obamanı günahlandırıb.

Təhlilçilər deyirlər ki, açılış mərasiminə getməməklə, Tramp, səfəri ilə bağlı etiraz nümayişlərindən yayınmış olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG