Accessibility links

Yeni tədqiqat: Pfizer peyvəndi Omikron səbəbi ilə xəstəxanaya düşmə hallarına qarşı yüksək effektivliyə malikdir


Cənubi Afrikada aparılan yeni bir araşdırma göstərir ki, Pfizer-in iki dozalı COVID-19 peyvəndi Omikron variantı səbəbi ilə xəstəxanaya düşmə hallarına qarşı yüksək dərəcədə qorumaya malikdir.

Cənubi Afrika Tibbi Tədqiqatlar Şurası və ölkənin ən böyük özəl tibbi sığorta agentliyi Discovery Health tərəfindən aparılan tətqiqatlar 15 noyabr-7 dekabr tarixləri arasında COVID-19-a yoluxan 211 000-dən çox insanı əhatə edib. Bu xəstələrin 78 min nəfərinin Omikrona yoluxduğu təxmin edilir.

Tədqiqat göstərib ki, peyvənd ümumi yoluxma hallarında 33 faiz qoruma təmin edərkən, xəstəxanaya yerləşdirmə hallarında 70% qorunma təmin edir. Baxmayaraq ki, yetkinlər arasında yoluxma halları indiki dalğa zamanı yüksək olub, xəstəxanaya yerləşdirmə halları isə əvvəlki infeksiya dalğaları ilə müqayisədə 29 faiz daha az olub.

Hazırda Cənubi Afrikada ilk dəfə noyabr ayında ortaya çıxan Omikron variantından sonra COVID-19-a yoluxmalarda dramatik artım müşahidə edilir.

Digər tərfdən Pfizer şirkəti çərşənbə axşamı elan edib ki, yeni araşdırma eksperimental COVID-19 həblərinin yüksək riskli yetkinlər arasında xəstəxanaya yerləşdirmə və ölümlə nəticələnə bilən ağır xəstəliklərin qarşısının alınmasında yüksək təsirli olduğunu göstərir.

Şirkət bildirir ki, Paxlovid adlı dərman COVID-19 simptomlarının başlanmasından sonra üç gün ərzində qəbul edilərsə, xəstəxanaya yerləşdirmə və ölüm riskini 89%, beş gün ərzində tətbiq edildikdə isə 88% azaldır.

Pfizer ABŞ-ın Ərzaq və Dərman İdarəsindən ilkin araşdırmanın nəticələrinə əsasən Paxlovid-in istifadəsinə icazə verilməsi üçün müraciət edib.

ABŞ-ın Ərzaq və Dərçan İdarəsi həkimlərə Paxlovid və Merck şirkəti tərəfindən hazırlanmış rəqib dərman olan Molnupiravirdən istifadə etməyə icazə verib-verməyəcəyini elan etməsi gözlənilir.

Merck keçən ay bir klinik sınaqlarda Molnupiravirin yüksək riskli yetkinlər arasında xəstəxanaya yerləşdirmə və ölüm hallarını yalnız 30% azaltdığını bildirib.

XS
SM
MD
LG