Accessibility links

Yeni tədqiqatlar: Koronavirusa yoluxmuş çox sayda insanda simptomlar müşahidə edilmir


Yeni tədqiqatların nəticələrinin daha çox insanın koronavirusa heç bir simptom olmadan yoluxduğunu göstərməsi xəstəliyin əvvəl düşünüldüyündən daha az ölümcül olduğuna dair ümidləri artırıb.

Bu, yaxşı xəbər olsa da, ətrafdakı insanların yoluxucu olub-olmadığını müəyyən etməyin mümkün olmadığı deməkdir. Bu, da öz növbəsində işə, məktəbə və normal həyata qayıtmaqla bağlı qərarların verilməsini çətinləşdirir.

Son bir həftə ərzində ABŞ Hərbi Dəniz Donanması Qüvvələrinə məxsus gəmidə, evsizlərin Bostondakı sığınacağında, Nyu-York xəstəxanasındakı hamilə qadınlarda, eləcə də Kaliforniya və bir sıra Avropa ölkələrində simptomsuz yoluxmaların aşkar edildiyi bildirilib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbərinin dediyinə görə, virusa yoluxmuş insanların 25 faizində simptomlar olmaya bilər. Baş Qərargahlar rəsinin müavini general Con Hayten hərbi personal arasında bunun 60-la 70 faiz arasında ola biləcəyini düşünür.

Harvard İctimai Səhiyyə Məktəbindən doktor Maykl Mina deyib ki, bu göstəricilərin heç birinə tam etibar edilə bilməz, belə ki, deyilənlər heç bir dəqiq testlərə əsaslanmır.

"Onlar ümumi yoluxmaların sayının qiymətləndirilməsi üçün bizim ço, həddindən artıq çox saydan xəbərimiz olmadığını hesab edir" - deyə, o bildirib.

Dünyada 2,3 milyondan çox yoluxma, 160 mindən çox ölüm halı təsdiqlənib. Yanvar ayının əvvəlindən bəri koronavirus dünya ölkələrinə görünməmiş iqtisadi və sosial zərər vurub.

Məlim hallara əsaslanaraq, səhiyyə işçiləri virusun ümumiyyətlə yüngül və ya orta dərəcədə qrip simptomları ilə müşayiət olduğunu deyirdi. Lakin indi çox sayda insanda ümumiyyətlə simptomlar olmadığına dair dəlillər artmaqdadır.

XS
SM
MD
LG