Accessibility links

Yeni tariflərin mümkün fəsadları


Yeni tariflərin mümkün fəsadları
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Çin, Avropa və digər ölkələrin mallarına tətbiq edilən yeni tariflər ABŞ istehlakçıları və kiçik bizneslərə xeyirdənsə, zərərli ola bilər. Təhlilçilərin fikrincə, bəzi şirkətlərin hissələr istehsal etməsi və digərlərinin yekun məhsul əldə etməsi bugünkü qlobal iqtisadiyyatın əsasını təşkil edir.

Tramp administrasiyasının Çinin elektron malların hissələrinə tətbiq etdiyi tariflər Amerikanın televiziya zavonun bağlanmasına səbəb olub.

Cənubi Karolinada yerləşən Element Electronics şirkəti iki ay ərzində bağlanacağı və 136 işçidən 126-nın işsiz qalacağını bəyan edib.

Cənubi Karolina ştatının senatoru Mayk Fanning: "Amerika şirkətlərinə yardım siyasətinin ilk olaraq Feyrfilddəki televiziya zavodunun bağlanmasına yol açması ironic bir haldır."

Təhlilçilər Cənubi Karolinanın bu şirkəti kimi xarici ölkələrdə hissələr istehsal edən digər kiçik bizneslərin də tariflər qarşısında həssas olduğunu bildirir.

"Ölkələr artıq mal istehsal etmir. Onlar hissələr istehsal edərək ixracla məşğul idi. İndi biz əlimizə qayçı alıb, bütün bağlantıları kəsirik. Bu isə dünyanın ticarət inteqrasiyasına mane olur" - deyə, İllinois universitetinin professoru Roy Uehri bildirib.

Çin soya paxlası da daxil edilməklə, ABŞ-ın 34 milyard dollarlıq məhsuluna 25 faiz tarif tətbiq edib.

Çin soya paxlasının ən böyük istehlakçısıdır.

ABŞ fermerlərə 12 milyard dollar məbləğində yardım göstəriləcəyini bildirib. Lakin bəzi tətlilçilər bu yardımın uzunmüddətli təsirə malik olmayacağını deyir.

"Əgər Çin soya üçün Braziliya, Argentina və digər ölkələrə üz tutsa, Amerika fermerlərinin vəziyyəti ağırlaşacaq" - deyə, NorthWestern universitetinin professoru Con L. Rocers bildirib.

ABŞ hökuməti müttəfiqləri ilə də ticarət müharibəsindədir. Bu yaxınlarda Türkiyə metallarına da tariflər tətbiq edilib.

Prezident Tramp ölkələrin ABŞ-dan sui-istifadə etdiyini deyərək, ədalətli ticarət tələb edir. O, həm də şirkətlərin ölkədə qalmasını istəyir. Təhlilçilər isə iqtisadi tendensiyanı dəyişməyin çətin olacağını proqnozlaşdırır.

"Texnologiya dəyişir və bu, ucuz əmək qüvvəsi olan bölgələrə üz tutur. Çin, Nepal, Malayziya kimi yerlərə. İqtisadiyyat qanunları işləyir. Onlar davamlı çalışır. Hökumət isə bu kimi şeylərə mane ola bilməyəcək"- deyə, Con L. Rocers bildirib.

ABŞ-da yeni iş yerləri açılır. İşsizlik son 20 ildə 4 faiz azalıb. Lakin məvaciblərdə müvafiq artım müşahidə edilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG