Accessibility links

ABŞ-a uçan bütün təyyarələrin təhlükəsizlik tədbirləri gücləndirilir


ABŞ ölkəyə daxil olan bütün xarici hava yolları şirkətləri ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirir. Bununla bərabər bildirilir ki, yeni təhlükəsizlik tədbirləri hələlik təyyarəyə gətirilən laptoplara şamil edilməyək.

Sərnişinlər daha çox sorğu-sual ediləcək, şəxsi elektron cihazları daha çox yoxlanacaq, təyyarələr və terminallar ətrafında daha sərt təhlükəsizlik tədbirləri həyata keçiriləcək, partlayıcı qurğular və kimyəvi maddələri axtaran itlərə tez-tez rast gələcəklər.

Buna baxmayaraq, gücləndirilmiş təhlükəsizlik tədbirlərinə təyyarəyə gətirilən laptopların qadağan edilməsi daxil deyil. Xatırladaq ki, mart ayında Afrika və Yaxış Şərq hava limanlarından gələn təyyarələrə laptopların gətirilməsi qadağan edilmişidi. Bu tədbirlər İŞİD-in laptop vasitəsilə təyyarələrə bomba keçirmək niyyəti ilə bağlı kəşfiyyat məlumatlarının əldə edilməsindən sonra baş vermişdi.

O zaman ABŞ rəsmiləri həmin qadağanı Avropadan gələn təyyarələrə də şamil etmək niyyətində idilər. Lakin laptopların biznes sərnişinləri üçün əhəmiyyətli olduğunu bildirən hava yolları şirkərlərinin etirazından sonra bu təşəbbüs təxirə salındı.

Yeni təhlükəsizlik tədbiləri dünyanın 105 ölkəsində 280 hava limanını əhatə edəcək. Hər gün həmin hava limanlarından ABŞ-a 325,000 min insan səfər edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG