Accessibility links

Yeni texnologiyalar insanların iş proseslərini dəyişəcək


Yeni texnologiyalar insanların iş proseslərini dəyişəcək
please wait

No media source currently available

0:00 0:02:06 0:00

İsveçrənin Davos şəhərində hər il keçirilən Dünya İqtisadi Forumun iştirakçılarının dediyinə görə, dördüncü sənaye inqilabı insanların necə işlədiyinə təsir göstərəcək.

Çərşənbə axşamı başlayan 2019-cu il Dünya İqtisadi Forumun bu ilki mövzusu “Qloballaşma 4.0:Dördüncü Sənaye İnqilabı Dövründə Qlobal Quruluşun Formalaşdırılması”dır.

Növbəti 20-30 ildə peşələrin çoxu mühüm qalmağa davam edəcək. Məsələn pasientlər diaqnozun qoyulması üçün həkimə getməli olacaq, buna görə də, tibbi bacarıqlar çox mühümdür.
Nikolas Henke

Siyasət, iqtisadiyyat və texnologiya sahəsindən təxminən 3 minə yaxın dünya lideri yeni qloballaşma dövründə böyük dəyişiklikləri müzakirə etmək üçün bir araya gəlib.

Müzakirə olunan mövzular arasında süni zəka, robotlar, bio-texnologiya və 3D çap kimi yeni texnologiyaların əmək bazarında etdiyi dəyişikliklər də var.

İştirakçılar əmək bazarının əvvəlkindən daha sürətlə dəyişdiyini deyir.

“Hər şey daha sürətlə baş verir, insanlar iş yerlərini daha tez-tez dəyişir, ona görə də hər zaman yeni bacarıqlar əldə etməlidirlər. Daha yaxşı etməli olduğumuz bir şey də odur ki, biz keçmiş barədə, tarix barədə öyrənməliyik” - Upwork-un baş icraçı direktoru Stefan Kasriel bildirib.

Forum bu yaxınlarda apardığı soğrunun nəticələrini dərc edib və həmin sorğuda növbəti iyirmi ildə yaranacaq yeni peşələr sadalanıb. Buna arzuolunmaz data mühəndisi, virtual kimlik mühafizəçisi və toxunuşlu interfeys dizayneri kimi peşələr daxildir.

Lakin Çikaqoda qərargahlanan qlobal konsaltinq şirkəti McKinsey and Company-nin əməkdaşı Nikolas Henkenin sözlərinə görə, bəzi ənənəvi peşələr mühüm olaraq qalacaq.

“Növbəti 20-30 ildə peşələrin çoxu mühüm qalmağa davam edəcək. Məsələn pasientlər diaqnozun qoyulması üçün həkimə getməli olacaq, buna görə də, tibbi bacarıqlar çox mühümdür, hətta avadanlıq diaqnozu dəstəkləsə belə. Avadanlıqla birlikdə insanın tibbi bacarıqlarını nəzərə almaq çox vacibdir” – o söyləyib.

Kasriel isə qeyd edir ki, oxumaq və işləməyin köhnə üsulları yeniləri ilə əvəzlənəcək və bu yeni üsul insanları davamlı olaraq yeni bacarıqlar əldə etməyə vadar edəcək.

Analitik bacarıqlar, ünsiyyət bacarıqları, komanda halında işləmək – avadanlıqlar bu bacarıqları əldə edə bilməz. Həyatının ilk 20-15 ilini oxuyub, daha sonra həyatının sonunadək eyni işdə çalışdığın köhnə dünya artıq yoxdur. Bizim işlərimiz əvvəlkindən çox tez-tez dəyişir və biz həyatımız boyunca yeni bacarıqlar əldə etməliyik”- o deyir.

XS
SM
MD
LG