Accessibility links

Dünya Yeni Zelandiya hücumlarına qəzəbli reaksiyalar verir


Dünyanın siyasi və dini liderləri Yeni Zelandiyada iki məscidə hücumları pisləyərək, dərin məsuyluqlarını ifadə edib

Eyni zamanda bəziləri siyasətçiləri və medianı müsəlmanlara qarşı nifrət toxumu səpməkdə güünahlandırır və hücuma məhz bunun yol açdığını iddia edir.

Mən 1.3 milyard müsəlmanın günahlandırıldığı 11 senyabr hadisələrindən sonra yaranan islamofobiya fonunda artmaqda olan terror hücumçularını qınayıram

Asiya və Yaxın Şərq ölkələri vətəndaşlarının nə qədərinin hücuma məruz qaldığını müəyyən etməyə çalışır.

Pakistan, Türkiyə, Banqladeş

"Mən 1.3 milyard müsəlmanın günahlandırıldığı 11 senyabr hadisələrindən sonra yaranan islamofobiya fonunda artmaqda olan terror hücumçularını qınayıram" - deyə, Pakistanın baş naziri İmran Xan bildirib.

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib ki, hücumlar müsəlmanlar əleyhinə təbliğatın nəticəsidir.

"Təkcə hücumçular deyil, islamafobiyanı qızışdıran və Qərbdə nifrət yaradan siyasətçilər və media eyni dərəcədə cavabdehdir"- deyə, nazir Twitter hesabında yazıb.

Banqladeşin xarici ilər naziri Şəhriyar Aləm ölkəsinin kriket komandasının xəsarət almamasını "böyük xoşbəxtlik" adlandırıb.

"5 dəqiqə öncə baş versəydi nələr olacağını təsəvvür belə etmək istəmirəm" - deyə, o, sosial mediada bildirib.

Banqladeşin paytaxtı Dakada yüzlərlə qəzəbli nümayişçi "biz müsəlmanların qanının hədər yerə axmasını qəbul etməyəcəyik" kimi şüarlar səsləndirib.

Yeni Zelandiya polisi bildirir ki, cümə günü azı 49 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən iki məscidə hücum etməkdə şübhəli bilinən şəxs qətl ittihamı ilə həbs olunub.

Atəş açılan zaman Banqladeşin kriket komandası məsciddə olub, amma onlar sağ-salamat qaça biliblər. Onların üçüncü kriket sınaq matçı təxirə salınıb.

XS
SM
MD
LG