Accessibility links

Yeni Zelandiyada hücum - Ağır yaralananlar var


Yeni Zelandiya polisi Danedin şəhərindəki bir mağazada dörd nəfəri bıçaqladığı iddia edilən şəxsn həbs edildiyini bildirib. Yaralananlardan üçünün vəziyyətinin ağır olduğu deyilir.

Cənub bölgəsinin polis rəisi Pol Başemin dediyinə görə, Danedin polis idarəsinin yaxınlığındakı bir supermarketdə baş verən bıçaqlanma ilə bağlı xəbər günortadan sonra verilib. O deyib ki, bir neçə dəqiqə sonra hadisə yerinə gələn polislər dörd nəfərin ağır bıçaq xəsarəti aldıqlarını görüb.

Başem polis hadisə yerinə gələrkən hücumda şübhəli bilinən şəxsin artıq mülki vətəndaşlar tərəfindən saxlandığını deyib. O, yaralılar arasında müdaxilə edən supermarket işçilərinin də olduğunu bildirib və hadisə zamanı müdaxilə edən insanların hərəkətlərini “qəhrəmanlığa bərabər” olduğunu deyib.

Şahidlərin yerli mətbuata verdiyi məlumata görə, mağazaya girərkən şübhəlinin əlində iki böyük bıçaq olub.

Polis şübhəlinin nəzarətə alındığını və ələ keçirilərkən aldığı xəsarətlərə görə müalicə olunduğunu bildirib. Şübhəli haqqında hələ ki başqa heç bir məlumat verilməyib.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern deyib ki, müstəntiqlər ona hadisənin terrorla əlaqəsi olmadığını bildirib. O, hadisənin motivləri ilə bağlı yeni məlumatlar əldə edildikdə polisin həmin məlumatları açıqlayacağını bildirib.

XS
SM
MD
LG