Accessibility links

Yeni Zelandiyada 51 müsəlmanı qətlə yetirən şəxs ömürlük həbs cəzasına məhkum edilib


Yeni Zelandiya məhkəməsi keçən il iki məsciddə 51 müsəlmanı öldürdüyünü etiraf edən şəxsə qarşı parolsuz ömürlük həbs cəzası hökmü çıxarıb.

Kraystçerç Ali Məhkəməsinin hakimi Kameron Mander cümə axşamı 4 gün davam edən məhkəmənin sonuncu günü hökmü elan edərkən avstraliyalı Brenton Tarrant heç nə deməyib. Yeni Zelandiyada bu günə qədər parolsuz ömürlük həbs cəzası ilk dəfədir tətbiq edilir.

Hakim Mander Tarrantın hərəkətlərini "qeyri-insani" adlandırıb və hökmü oxuyarkən 29 yaşlı gənci "tamamilə özünə qapanan" insan kimi xarakterizə edib.

Hakim Tarranta "Siz qurbanlarınıza qarşı hər hansı təəssüf hissi keçirməmisiniz?" - deyə, sual verib.

Tarrant məhkəmənin təyin etdiyi vəkil vasitəsilə hakimə parolsuz ömürlük cəza hökmünə qarşı olmadığını bildirib. Tarrant keçən ay öz vəkillərindən imtina edib.

2019-cu il martın 15-də Kristçorç şəhərindəki Əl-Nur və Linvud məscidlərinə hücumlar zamanı sağ qalanlar və qurbanların 90-a qədər ailə üzvləri məhkəmədə ifadə verib.

XS
SM
MD
LG