Accessibility links

Yeni Zelandiyanın Okland şəhərində karantin uzadılıb


Yeni Zelandiyanın baş naziri cümə günü koronavirusun yeni dalğasının yoluxmaların artmasına səbəb olduğu üçün hökumətin Oklandda karantini avqustun 26-na qədər uzatdığını bildirib.

Vellinqtonda təşkil edilən mətbuat konfransında baş nazir Casinda Ardern jurnalistlərə yeni yoluxma hallarını "nisbətən tez müəyyən etdiklərinə" dair işarələrin olduğunu deyib. Ardern virusa yoluxanların müəyyən olunub, təcrid olunacağını gözlədiyini bildirib.

Ardern Oklanda bir ailədə yoluxma hallarının aşkar edilməsindən sonra üç günlük karantinə çağırıb. Bu, son 102 gündə ölkədə aşkar edilən ilk yeni yoluxma halları olub. O vaxtdan bəri eyni mənbədən yoluxan 29 hal müəyyən edilib. Associated Press-in bildirdiyinə görə, yoluxma halları Okland şəhərinin kənarında da müşahidə olunub.

Şəhər xaricində yoluxma halları həmin ailəni ziyarət edən Şimal Tokoroa şəhərində iki nəfərdə aşkar edilib. Rəsmilər virusun Tokoroada daha çox yayılma şansının az olduğunu deyir.

Yoluxanlardan bir neçəsinin Oklandın Vellinqtonun yaxınlığındakı bir ərzaq anbarının işçiləri olduğu bildirilib. Rəsmilər onların gəmi işçilərinin sahilə çıxmasını qadağan edən tələblərə və sosial məsafənin qorunmas ilə bağlı göstərişlərə baxmayaraq, yük gəmisində və ya limanda çalışan işçilərdən yoluxduğunu düşünür.

XS
SM
MD
LG