Accessibility links

Yeni Zelandiya silah qanunlarına islahatlarla bağlı qanun qəbul edib


Yeni Zelandiyanın baş naziri bazar ertəsi deyib ki, onun kabineti cümə günü Kraystçörç şəhərində iki məscidə hücumdan sonra silah qanunları ilə bağlı islahatlara dair qanun qəbul edib.

Baş nazir Casinda Ardern deyib ki, onlar hələ ki, detallar üzərində işləyir, lakin ölkənin silah qanunlarına dəyişkliklər 10 gün ərzində açıqlanacaq.

Rəsmilər 28 yaşlı avstraliyalı Brenton Harrisi 50 nəfərin ölümü ilə nəticələnən hücumu törətməkdə günahlandırıb. O, hadisə səbəbilə həbs olunan yeganə insandır və ona qarşı qətl ittihamı irəli sürülüb.

Tarrantın növbəti məhkəməsi aprelin 5-də baş tutacaq. Mətbuatda yer alan xəbərlərdə Tarrantı məhkəmədə özünü təmsil edəcəyi bildirilir.

Kraystçörç şəhərinin sakinləri qurbanlar üçün hazırlanan xatirə lövhəsinə güllər gətirməkdə davam edir, bir gün ərzində isə onlayn fonda qurbanlar üçün 684 min dollar ianə toplanıb.

Kraystçörç orta məktəbinin şagirdləri bazar ertəsi qurbanların xatirələrini yad etmək üçün Haka rəqsini ifa edib.

Baş nazir Ardern deyib ki, məsciddə ölən 50 nəfərin cəsədi çərşənbə gününədək ailələrinə təhvil veriləcək ki, onlar müsəlman qaydası ilə dəfn olunsunlar.

Onun sözlərinə görə, qurbanların kimliklərinin müəyyən olunması üçün Yeni Zelandiyaya Avstraliyadan qurbanların kimliklərinin müəyyən edilməsi üçün altı ekspert gəlib.

5 milyon əhalisi olan Yeni Zelandiyada kütləvi atışma və zorakı cinayət halları çox nadir baş verir. Bu hadisədən öncə ölkənin ən pis kütləvi atışması 1990-cı ildə silahlı şəxsin Aramoana şəhərində 13 nəfəri öldürdüyü hücum hesab olunurdu.

XS
SM
MD
LG