Accessibility links

Yeni Zelandiyada 102 gün ərzində COVID-19-a ilk daxili yoluxmalar qeyd edilib


Yeni Zelandiyanın Baş naziri çərşənbə axşamı ölkənin ən böyük şəhəri olan Oklenddə 102 gündə ilk yeni yerli COVID-19 yoluxma hallarının aşkar edilməsindən sonra karantin tətbiq edib.

Vellinqtonda keçirilən mətbuat konfransında Baş nazir Yasinda Ardern Yeni Zelandiyanın səhiyyə üzrə baş direktoru Eşli Blumfild ilə birlikdə açıqlama verib. Onlar bir ailədə dörd yoluxma halı aşkar edildikdən sonra Oklandın cümə günü gecə yarısına qədər üçüncü təcrid mərhələsinə keçiriləcəyini bildirib.

Baş nazir yoluxmaların məlum olmayan bir mənbədən gəldiyini və fərqli iş yerlərini əhatə etdiyini deyib.

Üçüncü təcrid mərhələsində insanların evlərdə qalmaları istəniləcək, barlar və bir çox digər müəssisələrin bağlanacaq.

Ardern ölkənin qalan hissəsinin cümə günündən 2-ci mərhələyə keçəcəyini, yəni kütləvi toplantıların 100 iştirakçı ilə məhdudlaşacağını və insanların sosial məsafəyə riayət etmələrinin lazım olacağını əlavə edib.

Blumfield infeksiyaların 50 yaşlarında bir şəxsin COVID-19 simptomları ilə bazar ertəsi həkimə getdikdən və iki dəfə də müsbət test edildikdən sonra təsdiqləndiyini bildirib. Daha sonra həmin şəxsin evindəki altı nəfər də test edilib və üç nəfərin testi müsbət nəticələnib.

Çərşənbə axşamı gününə qədər Yeni Zelandiyada virusa yeganə məlum yoluxma halları bu yaxınlarda xaricdən qayıdan və karantində saxlanılan 22 səyahətçidə müşahidə edilib.

XS
SM
MD
LG