Accessibility links

Yeni Zelandiyada 50 müsəlmanın qətli ilə bağlı anım mərasimləri keçirilib


Yeni Zelandiya şəhərlərində minlərlə insan iki məsciddə ağdərili millətçi tərəfindən 50 müsəlmanın qətli ilə bağlı anım mərasimlərində iştirak edib.

Baş nazir Cakinda Ardern milli televiziya ilə çıxışı zamanı ümummilli anım mərasiminin martın 29-da keçiriləcəyini deyib.

50 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən iki məscidə hücum etməkdə şübhəli bilinən şəxs qətl ittihamı ilə həbs olunub.

28 yaşlı avstraliyalı Brenton Harrisi hücumu törətməkdə günahlandırıb.

5 milyon əhalisi olan Yeni Zelandiyada kütləvi atışma və zorakı cinayət halları çox nadir baş verir.

Bu hadisədən öncə ölkənin ən pis kütləvi atışması 1990-cı ildə silahlı şəxsin Aramoana şəhərində 13 nəfəri öldürdüyü hücum hesab olunurdu.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG