Accessibility links

Yeni Zelandiyada 7.1 bal gücündə zəlzələ


Yeraltı təkan insan tələfatına səbəb olmasa da, infrastruktura ciddi ziyan vurub

Yeni Zelandiya insan tələfatına səbəb olmasa da, elektrik enerjisində kəsintiyə səbəb olan və infrastruktura bir sıra ciddi ziyan vuran zəlzələnin nəticələrini aradan qaldırmağa çalışır. Rəsmilər deyir ki, Rixter şkalası ilə 7.1 bal gücündə baş verən yeraltı təkan Yeni Zelandiyanın Cənub Adasının Kristçörç şəhərində qeydə alınıb. Şəhərdə indiyədək baş vermiş ən güclü ikinci zəlzələ insanları gecə saatları evlərini tərk edərək, küçələrə çıxamağa vadar edib. Zəlzələ şəhərdə yeraltı kommunikasiya xətlərinin qırılmasına səbəb olub. Güclü təkanlar körpülərə ziyan vurub, o cümlədən telefon şəbəkəsi və başqa təchizatları yararsız hala salıb. Zəlzələ nəticəsində yalnız iki nəfərin ciddi xəsarət aldığı bildirilir.

XS
SM
MD
LG